...

"Nar Mobile" jurnalistlər üçün təqdimat və karting yarışı təşqil edib (FOTO)

Telekommunikasiya Materials 20 İyun 2012 15:50 (UTC +04:00)
"Nar Mobile" mobil operatoru "Bakı kartinq və tədbir mərkəzində" yerləşən "Rich Club & Lounge"-də jurnalistləri bir araya gətirib. Şirkət media nümayəndələrinə "Nar Mobile" brendinin fəaliyyəti və perspektivləri haqqında təqdimat keçirib.
"Nar Mobile" jurnalistlər üçün təqdimat və karting yarışı təşqil edib (FOTO)

Azərbaycan, Bakı, 20 iyun /Trend/

"Nar Mobile" mobil operatoru "Bakı kartinq və tədbir mərkəzində" yerləşən "Rich Club & Lounge"-də jurnalistləri bir araya gətirib. Şirkət media nümayəndələrinə "Nar Mobile" brendinin fəaliyyəti və perspektivləri haqqında təqdimat keçirib.

Şirkətdən çərşənbə günü Trend-ə verilən məlumata görə, təqdimat bitdikdən sonra isə jurnalistlər arasında metkartinq yarışı təşkil edilib, qalib gəlmiş yarış iştirakçılarına xüsusi hədiyyələr təqdim olunub. Tədbirin sonunda isə KİV nümayəndələri üçün axşam yeməyi təşkil olunub.

Tədbirdə iştirak edən "Azerfon" telekommunikasiya şirkətinin Biznesin inkişafı və kommunikasiya şöbəsinin nümayyəndələri şirkət ilə jurnalistlər arasında isti münasibətləri şərh edərkən bildiriblər ki, "Nar Mobile" yarandığı gündən ölkəmizdə olan əksər KİV-lər və media qurumları ilə əməkdaşlığa başlayıb. Şirkət nümayəndələri bu əməkdaşlığın daha da möhkəmlənməsində səylərini davam etdirəcək.

Qeyd edək ki, "Nar Mobile" brendi mütəmadi olaraq jurnalist və media nümayəndələri ilə görüşlər keçirir. Şirkət hər il müxtəlif seminar və treninqlər, ekskursiyalar və turlar təşkil edir.

Xəbər lenti

Xəbər lenti