...

Azərbaycanın prosessinq mərkəzinin xidmətləri müvəqqəti dayandırılacaq

Telekommunikasiya Materials 3 Dekabr 2012 18:26 (UTC +04:00)
"AzeriCard" prosessinq mərkəzi sistemində texniki yeniləşmə işlərinə başlayır.
Azərbaycanın prosessinq mərkəzinin xidmətləri müvəqqəti dayandırılacaq

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Beynəlxalq Bankının 100 faizlik mülkiyyətində olan "AzeriCard" prosessinq mərkəzi sistemində texniki yeniləşmə işlərinə başlayır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi mərkəzin yaydığı məlumatda deyilir.

Bununla əlaqədar dekabrın 6-da prosesinq mərkəzinin fəaliyyəti saat 01:00-dan 03:00-a qədər tam dayandırılacaq.

Bu işlər planlı şəkildə və ildə bir neçə dəfə həyata keçirilir. Texniki səbəblərdən bankomat, POS-terminallar, kartlar və elektron kommersiya sisteminin işi müvəqqəti dayandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti