...

"Azercell" Qusara gəldi

Telekommunikasiya Materials 24 Dekabr 2012 15:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

"Azercell Telekom" MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaqdadır. Bu gün şirkət Qusarda AzEx ofisini istifadəyə verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Qusar şəhəri, M.Əbilov küç, 28 ünvanında yerləşən AzEx ofisi də "bir nöqtədə üç xidmət" ("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən, abunəçilər Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilərlər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.

Açılış zamanı şirkətin prezidenti Kiril Qaburiç öz çıxışında "Azercell" şirkətinin tək Azərbaycanda deyil, bütün regionlarda "bir nöqtədə üç xidmət" konsepsiyasını təqdim edən ilk şirkət olduğunu bildirib. Şirkətin prezidenti bu ilin sonuna qədər Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaq niyyətində olduqlarını deyib.

Qeyd edək ki, Azercell-in hazırda Bakıda 18, regionlarda isə 26 Ekspres ofisi fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti