...

Azərbaycanda "Cash in" vasitəsilə plastik kartların balansını artırmaq üzrə yeni xidmət tətbiq edilib

Telekommunikasiya Materials 26 Fevral 2013 17:56 (UTC +04:00)
"Azericard" prosessinq mərkəzi "Cash in" tipli bankomatları vasitəsilə plastik kartların balansını artırmaq imkanını yaradan "Cash to any card" xidmətini tətbiq edib.
Azərbaycanda "Cash in" vasitəsilə plastik kartların balansını artırmaq üzrə yeni xidmət tətbiq edilib

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir H.Vəliyev/

"Azericard" prosessinq mərkəzi "Cash in" tipli bankomatları vasitəsilə plastik kartların balansını artırmaq imkanını yaradan "Cash to any card" xidmətini tətbiq edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Beynəlxalq Bankının (ABB) 100 faizlik mülkiyyətində olan "Azericard"ın yaydığı məlumatda deyilir.

Lakin standard prosedurdan fərqli olaraq, bu proses plastik kart olmadan keçirilir.

Balansını artırmaq üçün sadəcə "CASH TO CARD" funksiyasını seçmək, kartın nömrəsini iki dəfə daxil etmək və slotun içinə nağd pulu qoymaq lazımdır.

Xidmətin rahatlığı odur ki, balansı təkcə kartın sahibi deyil, həmçinin digər şəxslər da artıra bilərlər. İndi banka müraciət etmək ehtiyacı yoxdur, həmin funksiyanı dəstəkləyən bütün "Cash in" bankomatlarda xidmətdən istifadə etmək mümkündür.

Xidmətin üstünlükləri bunlardır: "AzeriCard" sistemində xidmət olunan bütün kartların balanslarının artırmaq imkanı; kart sahibinin iştirakı vacib deyil; xidmətdən hər gün və günün 24 saat ərzində istifadə etmək mümkündür; pul vəsaitinin kartın balansına dərhal köçürülməsi, kartın balansını limitsiz artırmaq imkanı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti