...

Azərbaycan poçtu şəbəkəsində olan bankomatların sayını artıracaq

Telekommunikasiya Materials 5 Mart 2013 20:21 (UTC +04:00)
"Azərpoçt" MMC öz şəbəkəsində olan bankomatların sayını artırmağı planlaşdırır.
Azərbaycan poçtu şəbəkəsində olan bankomatların sayını artıracaq

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir H.Vəliyev/

"Azərpoçt" MMC öz şəbəkəsində olan bankomatların sayını artırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Regional Rabitə Birliyinin Poçt rabitəsi komissiyasının sədri, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt sektorunun müdiri Novruz Məmmədov deyib.

Hazırda "Azərpoçt"un şəbəkəsində bankomatların sayı təqribən 15 ədəd, POS-terminalların sayı isə 50-dən çoxdur.

"Yaxın bir neçə ay ərzində POS-terminalların sayı daha 50 ədəd artırılacaq. Həmçinin, ilin sonunadək poçt operatoru 10 bankomat quraşdırmağı planlaşdırır", - Məmmədov qeyd edib.

MMC-nin poçt şəbəkəsində POS-terminalların sayının artırımasında məqsəd poçt xidməti və digər strukturların əməkdaşların əməkhaqlarının verilməsi üçün imkanların genişləndirilməsidir.

Hazırda "Azərpoçt" plastik kart sahiblərinin sayı 10 mindir. Məmmədovun sözlərinə görə, ilin sonunadək onların sayının iki dəfə artırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti