Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Beynəlxalq Bankının 100 faiz mülkiyyətində olan "Azericard" prosessinq mərkəzi sistemin texniki yeniləşməsi işlərinə başlayır. Trend-in məlumatına görə, bu barədə cümə günü mərkəzin yaydığı xəbərdə deyilir.
Bununla əlaqədar olaraq, aprelin 15-dən aprelin 16-na keçən gecə prosessinq mərkəzinin fəaliyyəti saat 00:00-dan 06:00-a qədər dayandırılacaq.