...

ARDNF: Azərbaycanda genişzolaqlı internetin inkişafı çərçivəsində islahatlar keçiriləcək (ƏLAVƏ OLUNUB)

Telekommunikasiya Materials 10 May 2013 14:03 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) islahatlar paketi hazırlandıqdan sonra ölkədə genişzolaqlı internetin inkişaf layihəsini maliyyələşdirməyə başlayacaq.

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:18-də çıxıb)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) islahatlar paketi hazırlandıqdan sonra ölkədə genişzolaqlı internetin inkişaf layihəsini maliyyələşdirməyə başlayacaq. Trend-in məlumatına görə, bu barədə fondun icraçı direktoru Şahmar Mövsümov cümə günü jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, layihə bu sahədə böyük islahatları nəzərdə tutur, bununla əlaqədar olaraq, hazırlıq işləri aparılır.

"Hesab edirəm ki, islahatlar paketi formalaşdıqdan və təsdiq edildikdən sonra həyata keçirilməyə başlanılacaq. İslahatlar paketi bu ilin sonunadək formalaşdırıla və təsdiq edilə bilər".

Qeyd edək ki, Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin həyata keçirilməsi 2013-2017-ci illəri əhatə edəcək.

Layihənin həyata keçirilməsinə ARDNF-nin büdcəsində 2013-cü il üçün 103 milyon manat nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti