...

Azərbaycanda internet-bankçılıq sistemində qaza görə ödənişlər etmək mümkündür

Telekommunikasiya Materials 2 Oktyabr 2013 13:33 (UTC +04:00)
"AzeriCard" prosessinq mərkəzi "Azəriqaz" şirkətinin abunəçiləri üçün həmin şirkətin xidmətlərini İnternet bankçılığın yeni versiyası vasitəsilə ödəmə imkanını istifadəyə verib.
Azərbaycanda internet-bankçılıq sistemində qaza görə ödənişlər etmək mümkündür

Azərbaycan, Bakı, 2 oktyabr/Trend, müxbir H. Vəliyev/

"AzeriCard" prosessinq mərkəzi "Azəriqaz" şirkətinin abunəçiləri üçün həmin şirkətin xidmətlərini İnternet Bankçılığın yeni versiyası vasitəsilə ödəmə imkanını istifadəyə verib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "AzeriCard"ın yaydığı xəbərdə deyilir.

Bundan başqa İnternet Bankçılıq xidmətinin yeni versiyasında "Azərsu", "Azəriqaz" və BES xidmətlərinin istifadəsinə görə borclarını ödəmək imkanı yaradılıb.

Qeyd edək ki, İnternet Bankçılıq sisteminin yeni versiyası avqustda istismara verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti