...

"Azercell Telecom" İsmayıllıda ekspress ofis açıb

Telekommunikasiya Materials 8 Noyabr 2013 17:52 (UTC +04:00)
"Azercell Telekom" MMC müştərilərinə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə Bakıda və regionlarda Azercell Ekspress ofislərinin sayını artırmaqdadır.
"Azercell Telecom" İsmayıllıda ekspress ofis açıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

"Azercell Telekom" MMC müştərilərinə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə Bakıda və regionlarda Azercell Ekspress ofislərinin sayını artırmaqdadır.

Şirkətdən Trend-ə verilən məlumaat görə, belə ki, MMC 7 noyabrdan etibarən İsmayıllı şəhəri, Babək küçəsi, dalan 2, ev 1 ünvanında yeni AzEks ofisini abunəçilərinin ixtiyarına verib.

AzEks ofisindən İsmayıllıda yaşayan "Azercell" abunəçiləri ilə yanaşı, qonşu rayonların sakinləri də istifadə edə biləcəklər. Yeni AzEks ofisi hamı üçün rahat olan "bir nöqtədə üç xidmət"("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən, abunəçilər Azercell Ekspress ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilərlər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür.

Xatırladaq ki, məhz "Azercell Telekom" 2004-cü il avqustun 27-də Bakıda ilk Azercell Ekspress ofisini istifadəyə verməklə MDB dövlətləri arasında öz abunəçilərinə bu xidmət konsepsiyasını təqdim edən ilk şirkət oldu.

Qeyd edək ki, Azercell-in hazırda Bakıda 18, regionlarda isə 29 Ekspress ofisi fəaliyyət göstərir. Bundan əlavə, Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti ofisi var. "Azercell" ilin sonuna qədər Bakıda və regionlarda AzEks ofislərinin sayını artırmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti