...

Azərbaycanın proqram təminatı bazarında piratçılığın səviyyəsi azalır

Telekommunikasiya Materials 29 May 2014 10:30 (UTC +04:00)
Azərbaycanın proqram bazarında piratçılığın səviyyəsinin azalması ilə bağlı müsbət tendensiya müşahidə olunur. Bu barədə Trend-ə Microsoft korporasiyasının Mərkəzi və Şərqi Avropada satış üzrə meneceri Viki Rentzepi bildirib.
Azərbaycanın proqram təminatı bazarında piratçılığın səviyyəsi azalır

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın proqram bazarında piratçılığın səviyyəsinin azalması ilə bağlı müsbət tendensiya müşahidə olunur. Bu barədə Trend-ə Microsoft korporasiyasının Mərkəzi və Şərqi Avropada satış üzrə meneceri Viki Rentzepi bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti lisenziyalaşdırılmış proqram təminatına (PT) keçidin nümunəsidir ki, bu da mütləq bazarın özünü başqa cür aparmasına gətirib çıxaracaq.

Pentzepi deyib: "Biz piratçılığın səviyyəsinin azalması planında müsbət tendensiyanın şahidiyik. Məlumatların nəticələri yaxın vaxtlarda BSA (The Software Alliance) hesabatında dərc ediləcək. Əqli mülkiyyət hüquqlarının müdafiəsi korporasiyanın səlahiyyətində deyil, çünki bu, hökumətin özünün işidir".

Onun fikrincə, Azərbaycanda Microsoft-un biznesinin inkişafı ölkənin ümumi inkişaf tendensiyasına uyğundur. Regionun digər ölkələri ilə müqayisədə, Azərbaycan bu sahədə liderliyin nümunəsidir: "Azərbaycanda Microsoft-un biznesinin inkişafı ötən il ərzində üç dəfə artıb. Korporasiyanın Azərbaycan bazarı ilə bağlı planları var. Söhbət şirkətin bu bazarda rəqabətədavamlı üstünlüyü əldə edə bilməsi üçün pərakəndəçilər, kompüter istehsalçıları ilə qarşılıqlı fəalliyyətdən gedir. Bundan başqa, Azərbaycan hökuməti ilə strateji əməkdaşlıq mövcuddur".

Microsoft korporasiyasının Mərkəzi və Şərqi Avropada satış üzrə meneceri Azərbaycanın dövlət strukturlarının informasiyalaşması səviyyəsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, ölkə hökumətinin hansı platformadan istifadə olunacağından asılı olmayaraq, bu sahədə tətbiq edilməsi vacib olan ciddi planları mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti