...

"Sazz İnternet"in yay kampaniyası başladı

Telekommunikasiya Materials 3 İyun 2014 16:34 (UTC +04:00)
"Sazz İnternet"in builki yay kampaniyası “Yay boyu Sazz imkanlar” adı altında keçirilir. Sentyabrın 15-nə qədər davam edəcək kampaniya dövründə provayder mövcud və yeni abunəçilər üçün müxtəlif güzəştli təkliflər hazırlayıb.
"Sazz İnternet"in yay kampaniyası başladı

Azərbaycan, Bakı, 3 iyun /Trend/

"Sazz İnternet"in builki yay kampaniyası "Yay boyu Sazz imkanlar" adı altında keçirilir. Sentyabrın 15-nə qədər davam edəcək kampaniya dövründə provayder mövcud və yeni abunəçilər üçün müxtəlif güzəştli təkliflər hazırlayıb.

3 aylıq abunə haqqını ödəyən hər yeni abunəçi simsiz internetə qoşulmaq üçün lazım olan Sazz USB modemini pulsuz əldə edə biləcək.

"Sazz İnternet"ə stasionar Alvarion Wi-Fi mərkəzi ilə qoşulmağı üstün tutanlar iyun ayının 15-dən etibarən Alvarion Wi-Fi mərkəzini də güzəştli şərtlərlə ala biləcəklər. Abunəçilərə iki müxtəlif seçim paketi təqdim olunacaq. Belə ki, qiyməti 219 manat olan paketə qoşulanlar 4 aylıq abunə haqqını ödəyərək Alvarion Wi-Fi modemini 15 faiz endirimlə əldə edə biləcəklər. Yaxud qiyməti 165 manat olan paketi seçənlər Alvarion Wi-Fi mərkəzini alıb "Sazz İnternet"ə abunə olarkən 15 gün əlavə pulsuz internet əldə edə biləcəklər.

Mövcud Sazz abunəçiləri arasında populyar olan böyük qənaət paketi isə bu yay da qüvvəsindədir. 4 aylıq istifadə haqqını ödəyənlərə əlavə 30 gün pulsuz internet hədiyyə olaraq təqdim ediləcək. İnternet haqqını 3 ay əvvəlcədən ödəyənlər isə 15 gün pulsuz internet qazanacaqlar. Beləliklə, faktiki olaraq bu paketlərdən faydalanan abunəçilərə İnternetdən istifadə haqqı 10-20% daha ucuz başa gələcək.

"Yay boyu Sazz imkanlar" kampaniyasında yay tətilinə çıxmış məktəblilər üçün isə xüsusi təklif hazırlanıb. Filtrlənmiş internet paketi olan "Yeniyetmə" paketinə qoşulan hər bir valideynə 30 gün əlavə pulsuz internet hədiyyə veriləcək.

Kampaniyadan "Sazz İnternet"in Süleyman Rüstəm küçəsi, 17B ünvanında yerləşən baş ofisində və bütün "Sazz İnternet" satış nöqtələrində faydalanmaq olar. Abunə haqqı ödənişlərini bütün Sazz ofislərində, eləcə də www.sazz.az saytında yerləşdirilmiş "şəxsi kabinet" vasitəsilə "online" həyata keçirmək olar.

Xatırladaq ki, "Sazz İnternet" həmişə olduğu kimi hər yeni abunəçiyə internet xidmətini 5 gün ərzində 200 meqabaytlıq trafiklə yoxlayıb test etmək imkanını verir.

Hazırda "Sazz İnternet" Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Zaqatala, Qax, Balakən, Şəki, Quba, Qusar, Xaçmaz şəhərlərində, habelə Abşeron yarımadasının əksər qəsəblərində xidmət göstərir. Bu yaxınlarda isə "Sazz İnternet"in əhatə dairəsinə cənub zonasına daxil rayon mərkəzələrinin də daxil olunması planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti