Azərbaycan, Bakı, 13 avqust/Trend, müxbir Hüseyn Vəliyev/
Şirvan şəhərində "Azərpoçt" MMC-nin 7 poçt şöbəsinin rebrendinqi üzrə pilot layihənin reallaşdırılması 2014-cü il sentyabrın ortalarında başlayacaq. Bunu çərşənbə günü Trend-ə MMC-dən deyiblər.
MMC-dən bildiriblər ki, pilot layihəni Niderlandın "Guidion" şirkəti reallaşdıracaq. Şirkət hazırda "Azərpoçt"un Azərbaycan bazarında marketinq mövqeyinin araşdırılması ilə məşğul olur.
Şirkət aparılan sorğu əsasında əhaliyə göstərilən ənənəvi poçt və maliyyə xidmətlərinin göstərilməsi keyfiyyətini öyrənir. Rebrendinq proqramı üzrə işlər vaxtaşırı reallaşdırılacaq və 2015-ci ilin fevralında yekunlaşacaq.
Niderland şirkəti, həmçinin poçt operatoru üçün marketinq strategiyasını hazırlamağı və yeni maliyyə məhsullarında onun tələbatının qiymətləndirilməsini öhdəsinə götürəcək.
Əsas məqsəd marketinq və satış üzrə strategiyanın tərkib hissəsi kimi "Azərpoçt" MMC-nin yeni brend strategiyasının müəyyənləşdirilməsinə dəstək verməkdən ibarətdir.