...

"Azerspace 2"-nin icarəsi üzrə ilkin razılaşma əldə olunub

Telekommunikasiya Materials 19 Yanvar 2015 10:19 (UTC +04:00)
Beynəlxalq Peyk Rabitəsi Təşkilatı "Intelsat" Azərbaycanın "Azerspace 2" telekommunikasiya peykinin resurslarının 45,9 faizini icarəyə götürür.
"Azerspace 2"-nin icarəsi üzrə ilkin razılaşma əldə olunub

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

Beynəlxalq Peyk Rabitəsi Təşkilatı "Intelsat" Azərbaycanın "Azerspace 2" telekommunikasiya peykinin resurslarının 45,9 faizini icarəyə götürür. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd ediblər ki, göstərilən məsələ ilə bağlı artıq "Intelsat"la ilkin razılaşma əldə olunub və yaxın gələcəkdə müqavilənin imzalanacağı gözlənilir.

"Intelsat", habelə Azərbaycanın "Azerspace 2" peyki üçün orbital mövqe icarəyə götürən tərəf rolunda da çıxış edir.

Qeyd edək ki, "Azerspace 2"-nin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti