Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Hüseyn Vəliyev/
"Azericard"-ın prosessinq mərkəzi ilə Вank VTB (Azərbaycan) ASC arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Həmin müqavilə çərçivəsində Bank VTB (Azərbaycan) ASC-yə "AzeriCard" tərəfindən prosessinq xidmətlərinin göstərilməsi planlaşdırılır. Bu barədə Trend-ə çərşənbə günü "Azericard"-ın biznesin inkişafı şöbəsinin rəhbəri Cahangir Məmmədov məlumat verib.
C.Məmmədovun sözlərinə görə, hazırda "Azericard"-ın prosessinq mərkəzinə qoşulması üçün bank infrastrukturunun texniki miqrasiyası üzrə işlər gedir: "Bu istiqamətdə işlərin yaxın iki ayda başa çatacağı gözlənilir".
Beləliklə, "AzeriCard" prosessinq sistemində xidmət olunan bankların sayı 33 çatıb.