Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir Hüseyn Vəliyev/
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Sertifikasiya Xidmətləri Mərkəzində kağız arxivlərin elektron daşıyıcılara keçirilməsi üçün proqram təminatını tətbiq edib. Bunu Trend-ə MHM-dən deyiblər.
Proqram təminatı elektron-rəqəmsal imza sahibləri barədə informasiyanı məlumat bazasına daxil etmək üçün istifadə edilir. MHM-nin mütəxəssislərinin hazırladığı soft rabitənin strukturlarında istifadə ediləcək, sonra isə bütün arzu edənlər üçün pulsuz olacaq.
Proqram təminatı istifadəsinə ehtiyac olduğu bütün strukturlarda əlçatan olacaq. Softu "Elektron hökumət" portalı (e-gov.az) vasitəsilə yükləmək mümkün olacaq.