...

Azercell-in iki sosial layihəsi nüfuzlu mükafata layiq görüldü

Telekommunikasiya Materials 3 Noyabr 2015 12:24 (UTC +04:00)
Azərbaycanın lider mobil operatoru Azercell Telekom MMC Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən növbəti dəfə mükafata layiq görülüb.
Azercell-in iki sosial layihəsi nüfuzlu mükafata layiq görüldü

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Azərbaycanın lider mobil operatoru Azercell Telekom MMC Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən növbəti dəfə mükafata layiq görülüb.

Şirkətdən Trend-ə verilən məlumata görə, oktyabrın 28-də Azercell şirkətinin Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində həyata keçirdiyi iki təşəbbüs AmCham seçim komitəsi tərəfindən daha çox səs toplayaraq qiymətləndirilib.

Müsabiqəyə təqdim olunan KSM layihələri arasında Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti "İqtisadi güc" nominasiyası üzrə ikinci yeri tutub. "Mədəniyyət" nominasiyası üzrə Azercell Telekom MMC-nin Uşaq Paralimpiya Komitəsinə dəstəyi isə xüsusi diqqətə layiq görülüb.

Azercell-in nəzdində yaradılan və artıq bir çox uğurlara imza atan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi istedadlı gənclərin üzə çıxarılması və onların təşəbbüslərinin dəstəklənməsi, Azərbaycanda texnoloji innovasiyaların artması istiqamətində xeyli iş görüb. İndiyədək Barama Mərkəzində onlarla layihə reallaşdırılıb, bəzi gənclər isə artıq öz bizneslərini qurublar.

Azercell Azərbaycanda fəaliyyət göstərdiyi 18 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi naminə çalışıb. Azercell-in həyata keçirdiyi növbəti layihə Paralimpiya komitəsində məşğul olan uşaqların cəmiyyətə inteqrasiyası, yeni qələbələrə həvəslənməsi üçün böyük stimuldur.

60-dan çox təşkilatı öz ətrafında birləşdirən AmCham Azərbaycanda KSM-lə bağlı ən yaxşı təşəbbüsləri üzə çıxararaq bu cür fəaliyyətlərin stimullaşdırılması məqsədilə bu qiymətləndirməni həyata keçirir. Qeyd edək ki, ötən il də Azercell şirkəti sosial fəaliyyətinə görə həmin təşkilatın mükafatına layiq görülmüşdü.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza" və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,12% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti