...

KATV1 "Məktəbli" TV-paketini təqdim etdi

Telekommunikasiya Materials 19 May 2016 10:51 (UTC +04:00)
KATV1 maarifləndirici və təhsil telekanallarını əhatə edən “Məktəbli” TV-paketini təqdim etdi.
KATV1 "Məktəbli" TV-paketini təqdim etdi

Bakı. Trend:

KATV1 maarifləndirici və təhsil telekanallarını əhatə edən
"Məktəbli" TV-paketini təqdim etdi.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Cənubi Qafqazın aparıcı telekommunikasiya operatorlarından biri olan KATV1 məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulan "Məktəbli" TV-paketini təqdim etdi. KATV1-dən verilən məlumata əsasən, yeni TV-paketə uşaq və yeniyetmələr üçün nəzərdə tutulan təhsil, maarifləndirici və əyləncəli telekanal daxil edildi.

"Məktəbli" TV-paketinin tətbiqi Azərbaycanın teleməkanı üçün mühüm bir hadisə olmaqla yanaşı həm də uşaqların diqqətini məhz xüsusilə onların yaş həddi üçün nəzərdə tutulan telekontent üzərində cəmləşdirməyə imkan verəcək.

KATV1 həmçinin "Məktəbli" TV-paketinə pulsuz abunəlik kampaniyasına da start verdi. KATV1-in hər bir mövcud və ya yeni qoşulmuş abunəçisi HD-qəbuledici və ya CAM-modul aldıqda "Məktəbli" TV-paketinə bir illik pulsuz abunəlik əldə edəcək.

Aksiyanın məqsədi dövlət strategiyası çərçivəsində əhalinin rəqəmli yayıma keçməsini stimullaşdırmaqdır. KATV1-in sözügedən aksiyası 31 sentyabr 2016-cı il tarixinədək davam edəcək. KATV1 şirkəti 100 rəqəmli və əlavə 20-dək HD telekanılını izləməyə imkan verir.

Qeyd etmək lazımdır ki, hazırda KATV1 texniki xidməti istifadəçilərin rahatlığı üçün həftənin 7 gününü işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti