...

Azərbaycanda səhiyyə sahəsində yeni sosial layihə tətbiq edilib

Telekommunikasiya Materials 23 Avqust 2016 12:06 (UTC +04:00)
Azərbaycanın "Online Group" startap-şirkəti səhiyyə sahəsində sosial layihəni tətbiq edib.
Azərbaycanda səhiyyə sahəsində yeni sosial layihə tətbiq edilib

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanın "Online Group" startap-şirkəti səhiyyə sahəsində sosial layihəni tətbiq edib. Bunu Trend-ə layihənin rəhbəri Fərid Fərhadov deyib.

Söhbət  hazırda "Play Market" və "App Store" əlavələr mağazasında əlçatan olan "Doctormap" mobil əlavəsindən gedir. 

İstifadəçilər əlavənin vasitəsilə Bakı və Sumqayıtın 20-dən artıq klinikasında müalicə və ya müayinəyə endirimlərin verilməsi üçün istifadə olunan pulsuz elektron kartlar ala biləcəklər.

Əlavənin funksiyası istifadəçini hansı müalicə müəssisələrinin pulsuz diaqnostika kampaniyası keçirdiyi barədə məlumatlandırır. 

 

 

 

 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti