...

Azərbaycanla "Microsoft" nə barədə razılaşdılar? (FOTO)

Telekommunikasiya Materials 30 Noyabr 2016 20:25 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-hesablama mərkəzi ilə "Microsoft" arasında müqavilə imzalanıb.
Azərbaycanla "Microsoft" nə barədə razılaşdılar? (FOTO)

Bakı. Hüseyn Vəliyev - Trend:

“Elektron hökumət” portalının və Milli Sertifikat Xidmətləri Mərkəzinin operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə “Microsoft”un Azərbaycan nümayəndəliyi arasında müqavilə imzalanıb.

Trend-in məlumatına görə, müqavilə Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza sertifikatlarının daxil edilməsi üçün Açıq Açar İnfrastrukturunun (Public Key Infrastructure) yaradılmasının təmin edilməsini nəzərdə tutur.

Sənədi Mərkəzin direktoru Elnar Əsədov və "Microsoft"un Azərbaycan nümayəndəliyinin rəhbəri Sərxan Həşimov imzalayıb.

Müqavilə “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamın 2-ci hissəsinə əsasən “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza sertifikatlarının daxil edilməsi üçün Açıq Açar İnfrastrukturunun (PKİ) qurulması” layihəsi çərçivəsində imzalanıb.

Qeyd edək ki, İKT sahəsində son illərin ən böyük layihələrindən sayılan yeni nəsil şəxsiyyət vəsiqəsi ölkəmizdə bütün vətəndaşları elektron imza sertifikatı ilə təmin edəcək. Bu elektron şəxsiyyət vəsiqəsinin əsas üstünlüyü vətəndaşın elektron xidmətlərdən istifadə rahatlığını təmin etməklə məmnunluğunu artırmaqdır.

Bu gün imzalanan müqavilə elektron hökumətin inkişifında ən mühüm addımlardan sayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti