...

Azərbaycan Belarus və Türkiyə ilə yüksək texnologiyalar sahəsində əməkdaşlıqla bağlı memorandum imzalayıb (FOTO)

Telekommunikasiya Materials 30 Noyabr 2016 20:37 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) ilə Belarusiyanın “Geoinformasiya idarəetmə sistemləri” holdinqinin idarə şirkəti “AGAT-idarəetmə sistemləri” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Belarus və Türkiyə ilə yüksək texnologiyalar sahəsində əməkdaşlıqla bağlı memorandum imzalayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları - Bakutel 2016 Sərgi-Konfransı çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) ilə Belarusiyanın “Geoinformasiya idarəetmə sistemləri” holdinqinin idarə şirkəti “AGAT-idarəetmə sistemləri” Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, beş il müddətində qüvvədə olan bu sazişə uyğun olaraq birgə əməkdaşlıq çərcivəsində tərəflər arasında imkanların birləşdirilməsi, kadrların hazırlanması üçün zəruri infrastrukturun yaradılması, ölkələrarası perespektivli innovasiya layihələrinin birgə inkşaf etdirilməsi və tətbiqi, avtomatlaşdırılmış idarəetmə sistemlərinin hazırlanması və s. kimi çox əhəmiyyətli müddəalar icra ediləcək.

Bununla yanaşı MHM, Türkiyə elmi və texnoloji araşdırma qurumu informatika və məlumat təhlükəsizliyi yüksək texnologiyalar üzrə araşdırma mərkəzi (TÜBİTAK BİLGEM) və Hava Elektronik Sanayi ve Ticaret A.Ş. (HAVELSAN) şirkətləri arasında da Anlaşma Memorandumu imzalanıb.

Sazişə əsasən Türkiyənin HAVELSAN və TÜBİTAK BİLGEM dövlət şirkətləri MHM-nin Açıq Açar İnfrastrukturunun (PKI) inkişaf etdirilməsi istiqamətində əməkdaşlıq etmək arzusunda olduqlarını bildiriblər və tərəflər bu istiqamətdə 3 (üç) il müddətinə qüvvədə olacaq müddəalara imza atıblar.

Tərəflər öz fəaliyyət sahələrini nəzərə alaraq imkan və bacarıqlarını birləşdirmək yolu ilə Layihələr çərçivəsində daha məhsuldar işləyə biləcəkləri məsələsində ümumi fikrə gəliblər.

Bu Memorandum çərçivəsində xarakterizə edilən layihələrdə HAVELSAN və TÜBİTAK BİLGEM Konsorsium Ortağı, MHM isə Müştəri funksiyasında çıxış edir.

Qeyd edək ki, sərgiyə qatılan Moldavanın İnformasiya Texnologiyaları nazirinin müavini Vitaliy Çolakla da MHM-in xidmətləri barədə əməkdaşlıq əlaqələri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti