...

E-hökumətin təşkilində Azərbaycanda görülən işlər yüksək qiymətləndirilib

Telekommunikasiya Materials 14 Yanvar 2017 17:20 (UTC +04:00)
Rəqəmsal Avstriya Platformasının xüsusi nümayəndəsi Kristian Rup elektron kommersiya sahəsində mövcud vəziyyətin təhlili və bu sahənin təkmilləşdirilməsı üzrə təkliflərin hazırlanması üçün Azərbaycana gəlib.
E-hökumətin təşkilində Azərbaycanda görülən işlər yüksək qiymətləndirilib

Bakı. Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Rəqəmsal Avstriya Platformasının xüsusi nümayəndəsi Kristian Rup ölkədə elektron hökumət, elektron xidmətlər və elektron kommersiya sahəsində mövcud vəziyyətin təhlili və bu sahənin təkmilləşdirilməsı üzrə təkliflərin hazırlanması üçün Azərbaycana gəlib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Rəqəmsal Avstriya Platforması Avstriya hökumətinin elektron hökumət və informasiya kommunikasiya texnologiyaları sahəsinin əlaqələndirici qurumudur. Elektron xidmətlərin təşkili sahəsində Avstriya Avropa İttifaqının ən qabaqcıl ölkələrindən biridir. K.Rup səfər zamanı Azərbaycanda elektron hökumətin təşkili ilə baglı cari vəziyyətlə tanış olub. Bununla əlaqədar ölkənin "Elektron hökumət" portalının operatoru olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində görüşlər keçirib. K.Rup elektron hökumət və elektron xidmətlərin təşkili sahəsində Azərbaycanda görulən işləri yüksək qiymətləndirib.

Rabilə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində təşkil olunan seminarda K.Rup Avstriyada elektron hökumətin və elektron xidmətlərin təşkilinə dair geniş təqdimatla çıxış edib. K.Rupun Azərbaycana səfəri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, son görülmüş işlərin nəticəsi olaraq artıq "Elektron hökumət" portalında elektron xidmətlərin sayı 430-a çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti