Bakıda "Maliyyə sektorunda informasiya texnologiyaları risklərinin idarəedilməsi" forumu keçirilir (FOTO)

Bakıda "Maliyyə sektorunda informasiya texnologiyaları risklərinin idarəedilməsi" forumu keçirilir (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA: Accountants and Risk Professionals Association) “Maliyyə sektorunda informasiya texnologiyaları risklərinin idarəedilməsi” mövzusunda forumu keçirilir.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, forumda ARPA-nın əsas tərəfdaşları - Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə ADA Universitetidir. Sponsor qismində isə “AtaBank”ASC, “Deloitte Azərbaycan” şirkəti və Beynəlxalq Maliyyə Korporasiyası çıxış edir.

Forumda Azərbaycanda fəaliyyət göstərən və ölkəmizin hüdudlarından kənarda risklərin idarə olunması, İT, bank və maliyyə sektorlarında kifayət qədər nüfuz qazanmış 50-dən artıq dövlət və özəl qurumları, mötəbər reytinq agentlikləri, qlobal auditor şirkətlərindən 100-ə yaxın nümayəndə iştirak edir.

Forumun moderatoru Growth International şirkətinin partnyoru İlqar Əliyev bu gün qlobal miqyasda İT risklər və onların iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən maliyyə sektoruna göstərdiyi təsir haqqında məlumat verərək, kiberhücumlara qarşı mübarizənin aktuallığı və bu istiqamətdə mövcud durumun Forumda geniş müraciət ediləcəyini söylədi və Forum iştirakçılarının peşəkar risk, maliyyə və İT mütəxəssisləri olmasını nəzərə alaraq hamını müzakirələrdə fəal iştirak etməyə dəvət etdi.

ARPA-nın Müşahidə Şurasının Sədri Rüfət Mahmud Forum iştirakçılarını salamlayaraq, təşkilatçılara və sponsorlara təşəkkürünü bildirdi. ARPA-nın bu sahədə fəaliyyəti haqqında ətraflı məlumat verməklə, Forumda iştirak edən korporativ və fərdi üzvlərin fəallığını xüsusilə vurğuladı. Qısa təqdimat zamanı R.Mahmud iri həcmli məlumatların mühafizəsi, kibertəhlükələrə və İT təhlükəsizlik baxımından qorunması məsələlərini işıqlandırmaqla, forumun ana mövzusuna giriş verdi.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş Analitiki İlqar Hidayətov “Kredit təşkilatlarında informasiya təhlükəsizliyinin idarə olunması” mövzusunda təqdimata keçməzdən əvvəl qonaqlara və təşkilatçılara təşəkkürünü bildirdi, eyni zamanda çalışdığı qurumun bu sahədə gördüyü işlər haqqında ətraflı məlumat verməklə yanaşı, tənzimləyici orqanda bu istiqamətdə gözləntiləri də açıqladı.

Rusiyadan gəlmiş KPMG-nin İnformasiya Risklərinin İdarəedilməsi Qrupunun Baş Meneceri Andrey Drozdov Azərbaycanın bu sahədə irəliləyişlərinə sevindiyini və moderatorun peşəkarlığını İT risklər istiqamətində dünyada mövcud sertifikatların hamısına sahib olmasını vurğulayaraq ölkəmizdə informasiya texnologiyaları üzrə mütəxəssis sahəsində irəliləməsindən qürurla söz açdı. “Maliyyə sektorunda informasiya təhlükəsizliyi risklərinin idarə edilməsinin təşviqində tənzimləyici orqanların rolunun artırılması” mövzusunda təqdimatı zamanı natiq bu istiqamətdə mövcud beynəlxalq standartlar, Rusiya modeli üzərində həmin standartların tətbiqi, üstünlükləri və zəif cəhətləri haqqında danışdı və qlobal miqyasda tətbiq edilən yeniliklər haqqında ətraflı məlumat verdi. Təqdimat böyük maraqla qarşılandı.

Növbəti natiq ADA Universitetinin İT və Mühəndislik Məktəbinin professoru, Məlumat Elmi-Araşdırma və Təlim Mərkəzinin həmdirektoru Abzetdin Adamov “İri həcmli məlumatlar və onların etibarlılığı - açıqlıq və gözləntilər” mövzusunda təqdimatında gündəlik həyatda rəqəmsal dünyada məlumat mübadiləsi və onları gözləyən təhlükələrdən bəhs etdi. Çıxış zamanı qlobal şəbəkədə məlumat həcminin artıq mövcud hüdudları aşdığını və onlar DVD disk formatınəa keçirilərsə, toplu halında artıq Yerdən Aya qədər həcmə malik olduğunu bildirdi. Hətta sosial şəbəkələrdə yerləşdirilən və pozulan məlumatların yalnız vizual olaraq silindiyini və fərdi məlumatların serverlərdə hər zaman qaldığını deyərək, bizim sosial şəbəkələrdə uzun illərdən bəri yerləşdirdiyimiz məlumatları toplayaraq təhlil edən insanın bizi özümüzdən daha yaxşı tanımaq imkanı əldə etdiyini söyləməklə, Forum iştirakçılarının diqqətini irihəcmli məlumatların yerləşdirilməsi və mühafizəsində, İnternet şəbəkəsinə açıqlığında xüsusi olaraq ehtiyatlı olmağa cəlb etdi. Soraqça saytlarda səsli və yazılı axtarışlar zamanı şəxsi məlumatların serverlərdə saxlanması, SMART TV istifadəçılərinin irihəcmli məlumatlarının təhlükələrini xüsusilə qeyd etdi. Çıxış peşəkarlar arasında geniş müzakirələrə səbəb oldu.

Forum Britaniya Standartlar Institutunun aparıcı auditoru Nikolay Aqrinskinin “İT risklərin idarəedilməsi: beynəlxalq standartlar və qabaqcıl təcrübə” mövzusunda çıxışı ilə davam etdi.

Daha sonra Forum Deloitte şirkətinin direktoru Tural Hacıyev “Azərbaycanda İT idarəetmə” mövzusunda, Baker McKenzie şirkətindən partnyor Altay Mustafayev “Maliyyə bazarları nöqteyi-nəzərindən kibertəhlükəsizliyin hüquqi aspektləri” mövzusunda, Microsoft şirkətinin Mühasibatlıq Texnologiyaları üzrə Strategiyaçı Qaçay Mirzəyev “Yoluxma xəritəsi və kibertəhlükəsizlik” mövzusunda, PwC şirkətinin Baş Meneceri Otabek Sidikov “Azərbaycanın maliyyə təşkilatlarında informasiya texnologiyalarına dair əsas məsələlər” mövzusunda, ADA Universitetinin İnformasiya Sistemləri üzrə Baş mütəxəssisi Rahid Ələkbərli “İnformasiya sistemləri” mövzusunda, Cisco şirkətinin nümayəndəsi Viktoriya İskoviç “Şəbəkə təhlükəsizliyi” mövzusunda, BEST Solution şirkətinin partnyoru Jana Krimpe “Mobil İT təhlükəsizlik” mövzusunda çıxışı və iştirakçılarla məhsuldar müzakirə şəraitində davam etməkdədir.

Müzakirələrdə Maliyyə Bazarlarına Nəzarət Palatasının, KPMG, ADA Universiteti, Böyük Britaniyanın Standartlar İnstitutu, Deloitte, Baker McKenzie, “Microsoft”, Ernst & Yang, CİSCO, PwC, Azərbaycanın dövlət qurumlarının, bank, maliyyə, sığorta, audit, konsaltinq şirkətlərinin nümayəndələri, ARPA-nın fərdi və korporativ üzvləri sözügedən istiqamətdə qarşılaşdıqları problemlər, əldə etdikləri nailiyyətlər və mövcud modellər haqqında danışdılar.

ARPA ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətlərində mədəniyyətin zənginləşməsinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə təsis edilib. Hazırda Assosiasiya 1000-dən çox fərdi, 30-dan çox korporativ üzvə malikdir.

2021-2022-ci illərdə Azərbaycan dövlət büdcəsinin kəsiri azalacaq - "Fitch Ratings"
2021-2022-ci illərdə Azərbaycan dövlət büdcəsinin kəsiri azalacaq - "Fitch Ratings"
"Fitch" Azərbaycana birbaşa xarici investisiyaların artımını proqnozlaşdırır
"Fitch" Azərbaycana birbaşa xarici investisiyaların artımını proqnozlaşdırır
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
Kapital Bank-ın kart sahibləri əlavə keşbek qazanacaqlar!
Loading Bars
Xəbər lenti
Bakıda minik avtomobili yanıb
Bütün xarici aviaşirkətlər İsrailə uçuşları dayandırıb
HƏMAS İsrailin bir neçə şəhərinə zərbələr endirib
İslam Əməkdaşlıq Təşkilatının təcili iclası keçiriləcək - Türkiyə XİN
İsrail ordusu Qəzza zolağında çoxmərtəbəli binaya zərbə endirdiyini təsdiqləyib
"Nordwind" aviaşirkəti mayın 18-dən Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır
İranla sərhəddə atışma: İki sərhədçimiz şəhid olub
Gürcüstanda koronavirusa daha 1 576 nəfər yoluxub
Ceyhun Bayramovun tacikistanlı həmkarı ilə telefon danışığı baş tutub
2021-2022-ci illərdə Azərbaycan dövlət büdcəsinin kəsiri azalacaq - "Fitch Ratings"
Azərbaycanda pandemiya dövründə sərnişinlər əsasən bu nəqliyyat vasitəsindən istifadə edib
"Fitch" Azərbaycana birbaşa xarici investisiyaların artımını proqnozlaşdırır
ABŞ-ın Azərbaycandakı səfiri və USAID-in direktoru Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər
Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır
Azərbaycanda indiyədək COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 377 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib
Azərbaycanda pandemiya dövründə qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb
"Fitch Ratings" Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır
Azərbaycanda tütün məmulatları istehsalı artıb
“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi - Deputat
İranda daha 200 nəfər koronavirusdan ölüb
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)
Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar (FOTO) (YENİLƏNİB)
"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib (FOTO)
Sabahdan ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub (FOTO/VİDEO)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
“Xarıbülbül” beynəlxalq musiqi festivalı Fransa mətbuatında (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Qəbələdə yeni körpü və avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi tədbirində iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəliblər (FOTO/VİDEO)
“Xarıbülbül” musiqi festivalı: Şanlı Qələbəmizin musiqi paradı
Sabah 35 dərəcə isti olacaq
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
İspaniyalı deputatların erməni təəssübkeşi qismində aksiya keçirmələri qəbuledilməzdir - Sevil Mikayılova
Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)
Azərbaycan neftinin qiyməti bahalaşıb
Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı
Qarabağda sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər olmayıb - Rusiya Müdafiə Nazirliyi
Saatlıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının bərpasını təcəssüm etdirir – Deputat
Qazax sakinində narkotik aşkarlanıb
AVRO-2020: Biletlər bu gündən satışdadır
Salyanda transformator yanıb
Çernoqoriya turistlərə sərhədlərini açır
Cənubi Koreya Azərbaycanda yeni layihələr icra edəcək
Zidan mövsümün sonunda "Real"dan ayrılacaq
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid, qazi ailələri və seçicilərlə görüşüb (FOTO)
Sakit okeanda zəlzələ baş verib
Çində yeddi nəfər qasırğanın qurbanı olub
Çinin kosmik aparatı uğurla Marsın səthinə enib
Qəzzada evin vurulması nəticəsində 8 fələstinli həlak olub
İraqda ağır yol qəzası, sərnişinlər avtobusda yanıb
Meksikada narkotacirlərin hücumu nəticəsiəndə iki əsgər ölüb
Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir
İnigltərə çempionatı: "Mançester Siti" "Nyukasl"a qalib gəldi
"WhatsApp" yeni qaydalarını qəbul etməyən istifadəçilərə məhdudiyyətlər tətbiq edir
Abşeronda restoranda yanğın baş verib
İraqın şimalında türk əsgəri şəhid olub
Azərbaycan Premyer Liqasında növbəti turun oyun cədvəli açıqlanıb
Qəzza və İordanın Qərb sahilində gün ərzində 26 fələstinli ölüb, 600 nəfərdən çox yaralanıb
Dünyada ötən sutka koronavirusa 717 mindən çox yoluxma qeydə alınıb - ÜST
Suriyadan İsrailə üç raket buraxılıb
"Amazon" ilin sonuna qədər İngiltərədə 10 min yeni iş yeri yaradacaq
Ukraynanın Səhiyyə naziri istefa etdi
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
DİN itkin düşən qadınla bağlı əhaliyə müraciət edib (FOTO)
Balakəndə evdə yanğın olub
Ukrayna iqtisadiyyat və infrastruktur nazirləri istefa ediblər
Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qarabağdan növbəti görüntülər paylaşıb (FOTO/VİDEO)
Füzulidə ev yanıb
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub
Bakıda restoranda qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb
"Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev
Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb
Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb​​​
Azərbaycanda 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub
Ceyhun Bayramovla Filip Riker arasında telefon danışığı olub
Aprel ayında 11 uşaq övladlığa verilib
Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır
Yasamalda gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır
Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub
Zabrat şossesində yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb
"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib
İranda daha 202 nəfər koronavirusdan ölüb
Makron öz sözləri ilə ATƏT Minsk qrupunun tabutuna son mismarı vurdu - Rusiyalı tarixçi
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib (FOTO)
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib (FOTO)
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub (FOTO)
Bütün xəbərlər