Bakı. Trend:
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti Qəbələ şəhərində yeni Satış və Xidmət Mərkəzini istifadəyə verib.
"Bakcell"dən Trend-ə verilən məlumata görə, şirkətin satış və xidmət şəbəkəsinin genişləndirilməsi planı çərçivəsində açılmış yeni Satış və Xidmət Mərkəzi Bakcell abunəçilərinə bütün növ müştəri xidmətlərindən yararlanmaq, eyni zamanda mobil cihazlar, nömrə və aksessuarlar əldə etmək imkanı verir.
Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib: “Bakcell özünün ən innovativ məhsul və xidmətlərini və ölkənin ən sürətli mobil internetini Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərinə təqdim etmək üçün xüsusi strategiya həyata keçirir. Qəbələ rayonu da bu strategiyada xüsusi yerə malikdir. Bakcell şirkətinin 4G xidməti artıq bütün Bakı və Abşeron ərazisini əhatə edir. Eyni zamanda biz Qəbələ daxil olmaqla ölkənin 30-dan çox rayon və şəhər mərkəzində 4G şəbəkəsi qurmuşuq. Qəbələdəki 4G stansiyalarının sayı artıq 6-ya çatıb və biz burada 4G şəbəkəsinin daha da genişləndirilməsi üzərində işləyirik. Bundan başqa, 16 regionda pulsuz 5 GB internet kampaniyası həyata keçiririk ki, onlardan biri də Qəbələdir. Burada yaşayan abunəçilərimiz oktyabrın sonuna kimi pulsuz internet paketi vasitəsilə 4G şəbəkəsinin üstünlüklərini sınaqdan keçirə bilərlər”.
Yeni Satış və Xidmət Mərkəzin açılış mərasimində Şirkətin "WiFi router" adlanan yeni məhsulu da müştərilərə təqdim edilib. Heç bir kabel çəkmədən, divarları, qapıları və pəncərələri deşmədən 32-yə qədər cihazı yüksəksürətli İnternetlə təmin etmək imkanı verən bu yeni məhsulun satışına artıq başlanılıb.
Qəbələdə yeni Satış və Xidmət Mərkəzinin açılışı münasibətilə burada yaşayan əhali bir ay müddətində mobil telefonlara 10%-ə qədər endirim ala, eyni zamanda telefon alarkən pulsuz nömrə və aksessuar əldə edə biləcək.
Bakcell şirkəti özünün yüksək keyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəni Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə təqdim etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək.
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Şirkət 2018-ci ilin I və II rübü üzrə nüfuzlu “Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın qalibi olub. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən isə Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.