Azərbaycanda üçüncü “InnoWeek - İnnovasiya həftəsi” keçiriləcək

Azərbaycanda üçüncü “InnoWeek - İnnovasiya həftəsi” keçiriləcək

Bakı. Trend:

14-19 dekabr tarixlərində Azərbaycanda üçüncü “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı, “BestComp Group” MMC, “BP” şirkəti və “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin baş sponsorluğu ilə baş tutacaq layihə, ölkəmizdə innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yeni növ koronavirus (COVİD-19) pandemiyası şəraitində “InnoWeek” çərçivəsində keçiriləcək müxtəlif yerli və beynəlxalq səviyyəli tədbirlər onlayn şəkildə təşkil ediləcək. Əsas məqsəd innovasiya ekosisteminin formalaşdırılması prosesinin sürətləndirilməsi, gənclərin innovasiya sahəsinə marağının artırılması, o cümlədən, startap ideyalarının reallaşdırılmasına dəstək göstərilməsidir. http://innoweek.az/

“İnnovasiyalar həftəsi”nin ilk tədbiri “I2B – İdeyadan Biznesə” layihəsinə həsr olunacaq.

Pandemiya şəraitində mövcud sosial izolyasiya tədbirləri ilə əlaqədar 2020-ci ildə “I2B – İdeyadan Biznesə” layihəsinin keçirilməsi təxirə salındığından regiondakı gənclərlə əlaqə qurmağa, davamlılıq və layihəyə maraq göstərən daha geniş auditoriyanın toplanmasına şərait yaratmaq məqsədilə “I2B – İdeyadan Biznesə” mobil tətbiqi hazırlanıb. Bu mobil tətbiq iştirakçıların kommunikasiya rahatlığı, komandaların iş prosesi, mentorlarla əlaqə və başqa bir çox funksionallığı özündə ehtiva etməklə, layihənin onlayn formada davam etdirilməsinə imkan verəcək. Mobil tətbiq iştirak üçün fiziki asılılığın olmaması, əvvəlcədən geniş məlumatlandırma, ideyaların iştirakçılara açıq formada ötürülməsi, daha effektiv komanda formalaşdırılması kimi üstünlükləri özündə ehtiva edir.

Məlumat üçün bildiririk ki, “I2B – İdeyadan Biznesə” layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell Telekom” MMC və “Microsoft” şirkətləri ilə birgə reallaşdırılır.

14 dekabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində “Matrix Təlim Mərkəzi” tərəfindən “Advanced Data Science & Deep Learning – Qabaqcıl data elmi və dərin öyrənmə” adlı tədbirin təşkili nəzərdə tutulub.

Məqsəd texnologiyanın sürətlə inkişaf etdiyi dövrümüzdə “Data Science” sahəsinə marağı artırmaq və bu istiqamətdə yerli mütəxəssislərin yetişdirilməsinə təkan verməkdir. Vebinar çərçivəsində “Data Science” sahəsinin dərinliklərindən, karyera imkanlarından bəhs olunacaq.

Tədbir-vebinar 14 dekabr saat 20:00-da keçiriləcək. Data sahəsi ilə maraqlanan hər bir şəxs vebinara qoşularaq müvafiq sektorda biliklərini təkmilləşdirə biləcək. Aşağıdakı linkə daxil olmaqla, qeydiyyatdan keçib vebinarda iştirak etmək olar.

• https://forms.gle/umdfKaRj7vNJqYnf8

14-15 dekabr tarixlərində, həmçinin onlayn kiber idman turnirinin təşkili nəzərdə tutulur. Turnir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən sosial izolyasiya tədbirləri çərçivəsində onlayn formada keçiriləcək.

Yarışın qalibləri pul mükafatı ilə təltif ediləcək.

Aşağıdakı qeydiyyat linklərinə daxil olmaqla, “Online Cyber Cup-2020”-də iştirak edə bilərsiniz:

• “PUBG Mobile Duo” oyunu üzrə: https://forms.gle/uz33fShLfLwHyqEt8

• Mortal Kombat 11” oyunu üzrə: https://forms.gle/hJT82HThiakhdYXMA

“InnoWeek – İnnovasiyalar həftəsi” çərçivəsində 15 dekabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin təşkilatçılığı ilə “MHM-də ağıllı layihələr” adlı onlayn tədbir də keçiriləcək. Məlumat Hesablama Mərkəzinin uğurlu layihələrindən biri olan “SmartCell” (üz tanıma) proqramı İtaliyanın Naples Federico II Universiteti ilə birgə təşkil edilir, məqsədi fərdi məlumatların təhlükəsizliyini təmin etməkdir.

Əsasən maliyyə sektorlarında, mobil operatorların fəaliyyətində istifadə olunması nəzərdə tutulan “SmartCell” (üz tanıma) proqramının dövlət və özəl sektorda da tətbiqi planlaşdırılır.

15 dekabr tarixində virtual olaraq, “Cyber Security Envisioning Workshop” – “Kibertəhlükəsizlik vebinarı” keçiriləcək.

Tədbirdə “Microsoft” şirkətinin yerli və beynəlxalq ekspertləri tərəfindən şirkətin kibertəhlükəsizlik sahəsində nailiyyətləri və həlləri nümayiş etdiriləcək, həmçinin yeni nəsil kibertəhdidlər və onlardan müdafiə yolları, kibertəhlükəsizliyin təmin edilməsində bulud həlləri, Təhlükəsizlik üzrə əməliyyat mərkəzlərinin qurulması və idarə edilməsi mövzularında məruzə və təqdimatlar ediləcək. Bununla yanaşı, maraqlı tərəflərin təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə virtual sual-cavab sessiyaları və müzakirələr təşkil ediləcək.

15 dekabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avropa İttifaqının təşəbbüsü ilə “Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platformasının yaradılmasına həsr edilmiş videokonfrans təşkil ediləcək.

“Rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq” platforması rəqəmli bacarıqlar istiqamətində fəaliyyət göstərən bütün maraqlı qurumlar və təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, görülən işlərin əlaqələndirilməsi və eyni zamanda, rəqəmli bacarıqlar üzrə dövlət – özəl tərəfdaşlığının inkişafı məqsədilə yaradılır.

Videokonfransda platformanın təsis edilməsi, qurum və təşkilatlar arasında əməkdaşlığın müzakirəsi nəzərdə tutulub. Tədbirin ikinci hissəsində Avropa Birliyində rəqəmli bacarıqlar üzrə tərəfdaşlıq platformalarının (koalisiyalar) yaradılması və bu təcrübənin ölkəmizdə tətbiqinə dair Avropa İttifaqının ekspertlərinin iştirakı ilə videokonfrans formatında seminar keçiriləcək.

Qeyd edək ki, aşağıdakı linkə daxil olmaqla, qeydiyyatdan keçib konfransda iştirak edə bilərsiniz:

https://forms.office.com/Pages/ResponsePage.aspx?id=Fem_qQP0XUKA5gHBRX4QWBdU7JbCKIZEq3XQSht34rtUOTNCM0hBVllER1E1WVNQTDBMVVU2UjJKNy4u

16 dekabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar Forumu – MAİNTECH FORUM” keçiriləcək. Məqsəd Azərbaycan istehsalı olan innovativ və texnoloji məhsul və xidmətlərin daha geniş tanıdılması və onların ixracına dəstək olmaqdır. Tədbirdə yerli innovativ məhsul və texnologiyaların ixrac perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadənin təşviq edilməsi üzrə təqdimat və müzakirələr yer alacaq. Forumda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, habelə, innovasiya ekosisteminin iştirakçıları, startaplar və xarici ölkələrdən olan nümayəndələrin onlayn iştirakı nəzərdə tutulur.

16-17 dekabr tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin “Kreativ Azərbaycan” portalının dəstəyi, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, AREA – Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə ilk “Creative Solution Go” – “Yaradıcı həllərə doğru” olimpiadası təşkil ediləcək.

“Pandemiya dövründə necə yaşamalı” mövzusunda keçiriləcək olimpiadanın məqsədi mövcud durumda gənclərin proqramlaşdırma, komanda halında işləmək, İKT və elmi biliklərin inkişafına dəstək olmaq, kodlaşdırma və vizuallaşdırmaya marağın artırılması, oyun və animasiyaların hazırlanmasında inkişafa təkan verməkdir. Olimpiada 2 kateqoriya üzrə keçiriləcək – Oyun dizayn və təqdimatı, Animasiya dizayn və təqdimatı.

7-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan olimpiadanın əsas şərtlərindən biri iştirakçıların oyunu “hər kəsə açıq” moduna gətirməsidir. İştirakçılar oyun və animasiya təqdimatlarını hazırlayaraq 2 dəqiqəlik video halında AREA – Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının təlimçi heyəti ilə paylaşacaq.

Qeyd edək ki, oyunlar “Scratch”, “Unity” kimi oyun və animasiya proqramlarında hazırlanacaq. Qalib gələn iştirakçılar təşkilatçılar və tərəfdaşlar tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.

Aşağıdakı qeydiyyat linklərinə daxil olmaqla olimpiadada iştirak etmək mümkündür.

• İlkin mərhələ: https://forms.gle/TDyCVHpAiWxr3i3d6;

• Növbəti mərhələ: https://forms.gle/RoYhiTXjANAEA55E7

16 dekabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə “eSAS” Könüllülük proqramı çərçivəsində Azərbaycan dili üzrə nitqin tanınması üçün süni intellekt sahəsinin inkişafının sürətləndirilməsi və dəstəklənməsi, müxtəlif növ böyük məlumat bazalarının hazırlanması məqsədilə həyata keçirilən layihə üzrə ən fəal, ən çox mətn səsləndirən könüllülərin mükafatlandırma mərasimi təşkil ediləcək.

Qeyd edək ki, layihənin ümumilikdə 1 ay davam edən ilk mərhələsində dil korpusunun hazırlanması üçün “eSAS” könüllülərinin iştirakı ilə sözlər və cümlələrin toplanaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanmış “opendata.az” – Açıq Məlumatlar Portalında xüsusi bölmədə yerləşdirilməsi, müvafiq mətnlərin səsləndirilməsi və həmin bölmə vasitəsilə yoxlanılması nəzərdə tutulur.

Mükafatlandırma mərasimi “Kontakt Home” mağazalar şəbəkəsi və “MyShops” MMC-nin sponsorluğu ilə keçiriləcək.

17-18 dekabr tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə “World Net Summit” adlı beynəlxalq onlayn konfrans təşkil ediləcək.

Ən böyük onlayn texnologiya tədbiri olan “World Net Summit” beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər və startapçıları bir araya gətirən mühüm platformadır.

Onlayn konfransda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, xarici ölkələrdən yüksək səviyyəli dövlət nümayəndələri, nazirlər, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, habelə, “Apple” şirkətinin yaradıcılarından olan Stiv Voznyak, dünyanın ilk süni intellektli humanoid robotu “Sofiya”, “Hanson Robotiks” şirkətinin yaradıcısı David Hanson, “Entrepreneur” jurnalının baş redaktoru Jason Feifer və digər xarici ekspertlərin iştirakı nəzərdə tutulur.

“World Net Summit” beynəlxalq konfransı çərçivəsində internet, maliyyə, bankçılıq, texnologiya, nəqliyyat, investisiya, biznes, sığorta, innovasiya və digər əlaqəli sahələri əhatə edən "Monex Summit Caspian", “Global Influencer Day”, “Government Address”, “AutoTech Conf”, “StartUp Academy”, “Venture Summit”, “Corporate Innovation Forum” kimi beynəlxalq onlayn panelləri təşkil olunacaq (https://worldnetsummit.com/).

17 dekabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “FemTech” platformasının birgə təşkilatçılığı ilə “FemTech – Qadınlar texnologiyada” tədbiri keçiriləcək. Məqsəd qadınların texnologiya sahəsi üzrə maarifləndirilməsi, bu sahədə təhsilin vacibliyi və geniş iş imkanları barədə məlumatların verilməsi, texnologiya sahəsində fəaliyyət göstərən lider qadınlar arasında şəbəkənin yaradılmasıdır.

“World Net Summit” çərçivəsində 18 dekabr tarixində “CyberTECH – Kibertəhlükəsizlik sənayesinin inkişafı” adlı tədbir keçiriləcək. Virtual tədbirdə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış yerli və beynəlxalq şirkətlərin məsul şəxsləri tərəfindən kibertəhlükəsizlik sahəsində milli ekosistemin formalaşdırılması və inkişafı, dövlət və qeyri-dövlət informasiya infrastrukturu subyektlərinin kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsi, aparat və proqram səviyyəsində yeni nəsil kibertəhdidlər və kibertəhlükəsizlik həlləri, kibersığorta, lisenziyalaşma, kibertəhlükəsizliyin təmin edilməsində dövlət özəl tərəfdaşlığının əhəmiyyəti mövzularında məruzə və təqdimatlar ediləcək.

18 dekabr tarixində “Innovation Awards” mükafatlandırma tədbiri keçiriləcək. Mükafatlandırma tədbiri zamanı 2019-2020-ci illər ərzində innovasiya fəaliyyəti istiqamətində müxtəlif nominasiyalar üzrə ən təşəbbüskar və fəal şirkət və layihələrin mükafatlandırılması baş tutacaq (http://innoweek.az/award/).

19 dekabr “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində “Girls Code Azerbaijan” platforması tərəfindən “The full lifecycle of Machine Learning projects – Maşın öyrənməsi proyektlərinə ümumi ortaq yanaşma” adlı tədbir təşkil olunacaq. Təlimdə bu proyektlərə ümumilikdə necə yanaşmalı, modelin öyrənilməsi üçün lazım olan datanın hazırlanması, test edilməsi, təxmin olunan dəyərlərin çatdırılması prosesləri və modelin müxtəlifliyinin əhəmiyyəti izah olunacaq. 19 dekabr saat 20:00-da başlayacaq vebinar-təlim 1 saat davam edəcək, maraqlanan hər bir şəxs vebinara qoşularaq, müvafiq sektorda biliklərini təkmilləşdirə bilər.

Aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçib vebinarda iştirak etmək olar.

https://forms.gle/Zph8ohS8mKHRX8r6A

19 dekabr tarixində “Devopsdays” beynəlxalq tədbiri keçiriləcək. “Devopsdays” dünya miqyasında proqram təminatı, İT infrastruktur əməliyyatları və onlar arasındakı kəsişmə mövzularını əhatə edən texniki konfranslar seriyasıdır.

Tədbir həm texniki məsələlərə, həm mədəniyyət, eyni zamanda təşkilatlar daxilindəki proseslər və quruluşa həsr olunacaq. “Paşa Bank” və “SUP.VC” şirkətinin sponsorluğu ilə keçiriləcək konfranslar texnoloqlar və iş adamlarını bir araya gətirəcək.

Filippində koronavirusa qarşı vaksinasiya başlayıb
Filippində koronavirusa qarşı vaksinasiya başlayıb
Braziliyada ötən sutka koronavirusdan 755 nəfər ölüb
Braziliyada ötən sutka koronavirusdan 755 nəfər ölüb
Amsterdamda etiraz aksiyası keçirilib, bir neçə nəfər saxlanılıb
Amsterdamda etiraz aksiyası keçirilib, bir neçə nəfər saxlanılıb
Loading Bars
Xəbər lenti
Mingəçevirdə evdən kişi meyiti aşkarlanıb
Bakı-Sumqayıt yolunda tıxac yaranıb (FOTO/VİDEO)
Filippində koronavirusa qarşı vaksinasiya başlayıb
Braziliyada ötən sutka koronavirusdan 755 nəfər ölüb
Misir mətbuatı Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransını geniş işıqlandırıb
Amsterdamda etiraz aksiyası keçirilib, bir neçə nəfər saxlanılıb
İsraildə koronavirusa yoluxanların sayı 775 min nəfərə çatır
“Mançester Yunayted” - “Çelsi” oyunu qolsuz başa çatıb
Fransada koronavirusa yoluxanların sayı 3,75 milyon nəfəri ötüb
Tramp yenidən prezidentliyə namizəd olacağını istisna etməyib
Gürcüstana uçan Azərbaycan vətəndaşları artıq karantindən keçməyəcəklər
Şirvanda minik avtomobili yanıb
Türkiyədə son sutkada koronavirusdan 6 511 nəfər sağalıb
Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat eləmək olar - Serj Sarkisyan
İspandilli KİV-lər Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırdı (FOTO)
ÜST: Dünyada ötən sutka koronavirusa 384 mindən çox yoluxma qeydə alınıb
Tramp ABŞ-da yeni partiya yaratmaq fikrində olmadığını bəyan edəcək
Prezident İlham Əliyevin mətbuat konfransı ispan mediasının diqqət mərkəzində
Moskvada Qarabağ üzrə üçtərəfli görüş keçirilib
Britaniyada koronavirusa daha 6 035 yoluxma qeydə alınıb
"Meyvəli" Ticarət Mərkəzində yanğın söndürülüb
Bərdədə ağır qəzada xəsarət alanlar bir ailənin üzvləridir
Bərdədə 3 avtomobil toqquşdu, iki nəfər ölüb, yaralılar var (FOTO)
İngiltərə Premyer Liqası: "Arsenal "Lester"ə qalib gəldi
Şəmkirdə traktor yanıb
Xocavənd rayonunun Çiraquz kəndi (FOTO/VİDEO)
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuat konfransı xarici ölkələrin mediasında geniş işıqlandırılıb (FOTO)
Alyaskada 5,4 bal gücündə zəlzələ olub
"Azərişıq" smart kart ödənişlərində problem yaranacağı iddiaları barədə açıqlama verib
Füzulidəki yeni aeroportun uçuş-eniş zolağının uzunluğu 3 min metr olacaq (VİDEO)
Neftçalada inzibati binada yanğın olub
Azərbaycan Ombudsman institutu İƏT ölkələrinin ombudsman təsisatları üçün təlim-seminar təşkil edib
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib
Prezidentin keçirdiyi mətbuat konfrası ilə Azərbaycanın mövqeləri daha da möhkəmləndi - Ekspert
Azərbaycanda 270 nəfər COVID-19-a yoluxub, 117 nəfər sağalıb, 2 nəfər vəfat edib
Azərbaycan meydana gələ biləcək hər hansı təhdidlərin qətiyyətlə qarşısını almağa qadirdir - Leyla Abdullayeva
Gürcüstanlı jurnalistlər və ekspertlər Füzuli rayonuna səfər ediblər (FOTO)
Gürcüstanda son sutkada 248 koronavirusa yoluxma halı aşkarlanıb
Sumqayıtda törədilən qanlı hadisələr Azərbaycana qarşı planlaşdırılmış təxribat idi - Leyla Abdullayeva
Ağdam rayonunun Eyvazxanbəyli kəndi (FOTO/VİDEO)
Uruqvayda koronavirus əleyhinə vaksinasiya başlanılıb
Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - MN
13 minədək şəxs postmüharibə dövründə sosial dəstək tədbirləri ilə əhatə olunub
Sabahın hava proqnozu açıqlanıb
Qazaxıstanda koronavirusdan son sutka 590 nəfər sağalıb, 791 nəfər yoluxub
Prezidentin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından olduqca əhəmityyətli oldu - Deputat
Meksikalı boksçu Alvares WBC və WBA versiyaları üzrə dünya çempionu titulunu qorudu
Niderlandda “Xocalıya ədalət!” tələbi ilə lövhə quraşdırılıb və aksiya keçirilib (FOTO)
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb (FOTO)
BMT-nin Baş Qərargahı qarşısında Xocalı soyqırımı ilə bağlı sərgi təşkil edilib (FOTO)
Bosniyalı redaktor Xocalı və Srebrenitsa soyqırımları arasında paralelliyi təhlil edib
Peru sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
ABŞ-da "Johnson & Johnson" koronavirusa qarşı peyvəndinin istifadəsi təsdiq edilib
Çində kimyəvi zavodda zəhərli qaz sızması səbəbindən beş nəfər ölüb
Bu gün magistraturalara qəbul imtahanı keçiriləcək
Meksikanın nüfuzlu internet televiziyasında Xocalı soyqırımı və erməni təcavüzü haqda danışılıb (FOTO/VİDEO)
Suriyada qaçqın düşərgəsində baş verən yanğında ən az dörd nəfər öldü
Alyaskada 5,3 bal gücündə zəlzələ olub
Füzulidə tikiləcək beynəlxalq hava limanı Qarabağa açılan qapı olacaq (VİDEO)
Laçın rayonunda qədim Alban-udi xristian məbədində ikinci xidmət keçirilib
ÜST: Dünyada ötən sutka koronavirusa 420 mindən çox yoluxma qeydə alınıb
Azərbaycan artıq müharibə etmək istəmir - Rusiyalı hərbi mütəxəssis
Hətta Suriyanın Homs şəhərində bu qədər böyük dağıntılar görmədim - Ukraynalı hərbi müxbir Ağdamda (FOTO)
Bakıda mənzildən kişi meyiti tapılıb
Türkiyədə son sutkada koronavirusdan 10 282 nəfər sağalıb
Prezidentin 4 saat su belə içmədən keçdiyi master-klas: Məntiq, təmkin, nəzakət və dəqiqlik
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılışı olub (FOTO)
İŞİD terrorçuları Suriyada qaz boru kəmərini partladıb
Tailandda Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Daha bir neçə gimnastımız idman ustası oldu
Böyük Britaniyanın Qlazqo şəhərində "Xocalıya ədalət" tələbi ilə lövhə quraşdırılıb
İndoneziya gənclər təşkilatları Xocalı qurbanlarını andı
Xocalı faciəsinə hüquqi baxış mövzusunda Beynəlxalq Simpozium keçirilib (FOTO)
Pakistanın Lahor şəhərində Xocalı qurbanları anıldı (FOTO)
AZƏRTAC və Küveyt Elektron Media Birliyi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər (FOTO)
Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb olunur - XİN
Diaspor fəalları Avropa ölkələrinə "Xocalıya ədalət!" ismarıcını ünvanlayıblar (FOTO)
179 ərzaq satışı obyektində monitorinqlər aparılıb
Havanın qəfil kəskinləşəcəyi öncədən bəlli olduğundan BŞİH hər vəziyyətə hazır idi - Eldar Əzizov
Azərbaycanda 278 nəfər COVID-19-a yoluxub, 172 nəfər sağalıb, 5 nəfər vəfat edib
ABŞ-ın müxtəlif şəhərlərində Xocalı soyqırımını tanıdan xüsusi avtomobillər hərəkət edir (FOTO)
Daha bir qazinin yüksək texnologiyalı protezlə təmin edilməsi üçün müayinəsi aparılıb
Azərlotereyanın Türkiyə şirkətinə idarəetməyə verilməsi üzrə müqavilə imzalanıb (FOTO)
ABŞ konqresmeni Xocalı soyqırımı ilə əlaqədar bəyanat verib
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi - SƏRƏNCAM
Görkəmli sərkərdə Akim Abbasovun xatirəsi yad edilib (FOTO/VİDEO)
Dövlət başçısı “Notariat haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqlədi
“Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklik təsdiqləndi
"Alim" Elmi Assosiasiyası Xocalı soyqırımı ilə bağlı fransız dilində vebinar təşkil edib (FOTO)
Yeni Zelandiyanın ən böyük şəhəri karantinə alınır
23 cinayətin üstünü “isti izlər”lə açılıb
İndiyədək ölkəmizdə koronavirusa qarşı vaksinasiya olunanların SAYI açıqlanıb
Ermənistan prezidenti son iki gündə ikinci dəfə Baş Qərargah rəisi ilə görüşüb
İranda daha 81 nəfər koronavirusdan öldü
Mart ayına olan hava proqnozu açıqlanıb
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
“Kənddən Şəhərə” həftəsonu yarmarkası davam edir - ÜNVANLAR (FOTO)
Haitidə 400-dən çox məhbus həbsxanadan qaçıb, qarşıdurmada 25 nəfər ölüb
ABŞ-ın Portland şəhərində Xocalı soyqırımının qurbanları anılıb (FOTO/VİDEO)
Yunanıstandakı "QALA" cəmiyyəti Xocalı soyqırımına həsr olunmuş videokonfrans təşkil edib (FOTO)
Bütün xəbərlər