...

"Netflix"in abunəçilərinin sayı ilk dəfə azalıb

Telekommunikasiya Materials 20 Aprel 2022 03:01 (UTC +04:00)
"Netflix"in abunəçilərinin sayı ilk dəfə azalıb

Bakı. Trend:

Film və serialların striminq xidməti "Netflix" 2022-ci ilin yanvar-mart ayları arasında 200 min abunəçisini itirib.

Trend xəbər verir ki, bu barədə şirkətin hesabatına istinadən "The Washington Post" qəzeti xəbər verib.

Qeyd edilir ki, "Netflix" tarixdə ilk dəfə abunəçilərinin sayının azalması ilə üzləşir. MƏlumata əsasən, "Netflix" səhmlərinin qiyməti bu cür göstəricilərin fonunda 23 faiz ucuzlaşıb.

"İndi "Netflix" aprel və iyun aylarında daha 2 milyon abunəçi itkisi ilə işlərin daha da pisləşməsinə hazırlaşır", - deyə məlumat da bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti