...

Azərbaycan biznes modelin hazırlanmasına beynəlxalq ekspertləri cəlb edir - Nazir

Telekommunikasiya Materials 30 Noyabr 2023 11:56 (UTC +04:00)
Azərbaycan biznes modelin hazırlanmasına beynəlxalq ekspertləri cəlb edir - Nazir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan biznes modelin hazırlanmasına beynəlxalq ekspertləri cəlb edir.

Trend cümə axşamı xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən "InMerge" sammitində çıxışında deyib.

"Bu, innovasiyalara, innovasiya yoluna və ya konsepsiyasına səlis şəkildə keçidimizə imkan verəcək. Keçidə beş aspekt daxildir ki, fikrimizcə, bunlardan ən vacibi bazara çıxış imkanının təmin olunmasıdır. İkinci aspekt mədəniyyətdir. Söhbət insanların və ölkələrin mənşəyindən gedirsə, bu, müxtəlifliyin təşviqi üçün lazımdır .Üçüncü element sözsüz ki, infrastrukturdur. Bununla müasir kompyuterlər, müvafiq kursları nəzərdə tuturam", - o deyib.

Nazirin sözlərinə görə, bu aspektlər Azərbaycanın fokuslanmalı olduğu digər ölkələr üçün də vacibdir.

"Beləliklə, bizim bazara əlverişli çıxış imkanını təmin etmək üçün lazımi bütün vasitələrimiz var", - deyə o qeyd edib.

Qeyd edək ki, "InMerge" İnnovasiya Sammiti 30 noyabr - 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində keçirilir.

Regionda innovasiyalar üzrə ən böyük sammit hesab edilən "InMerge Innovation Summit" innovasiyaları və mümkün əməkdaşlıqları müzakirə etmələri üçün regionun aparıcı şirkətləri, startaplar, eləcə də investorları bir araya gətirmək məqsədi daşıyır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti