...

Azərbaycan və Özbəkistan Yer səthinin məsafədən zondlanması üzrə milli kosmik sistemin yaradılmasını müzakirə edir

Telekommunikasiya Materials 26 Oktyabr 2024 14:39 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Özbəkistan Yer səthinin məsafədən zondlanması üzrə milli kosmik sistemin yaradılmasını müzakirə edir.

Trend xəbər verir ki, bu barədə müzakirələr Milan şəhərində Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutub.

"Özbekkosmos"un məlumatına əsasən, Azərbaycanın kosmik agentliyi ("Azərkosmos" ASC) ilə əməkdaşlıq çərçivəsində milli məsafədən zondlama kosmik sisteminin yaradılması ilə bağlı vacib tövsiyələr və qarşılıqlı faydalı təkliflər nəzərdən keçirilib.

Qeyd edək ki, "Azərkosmos" ASCbeynəlxalq maraqlı tərəflər və tərəfdaşlarla əməkdaşlıq edərək geniş elmi-tədqiqat işlərində və böyük qlobal layihələrdə iştirak etməklə qlobal kosmik sənayenin aparıcı qüvvələrindən birinə çevrilməyi hədəfləyir.

"Azərkosmos"un məqsədi Azərbaycanda kosmik ekosistem yaratmaqdır.

Xəbər lenti

Xəbər lenti