...

"Gürcü arzusu" ölkədə sülhü qorumağa qadir yeganə siyasi qüvvədir - Kaxa Kaladze

Dünya xəbərləri Materials 26 Oktyabr 2024 11:17 (UTC +04:00)
"Gürcü arzusu" ölkədə sülhü qorumağa qadir yeganə siyasi qüvvədir - Kaxa Kaladze
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Gürcü Arzusu" — ölkədə sülhü qorumağa qadir yeganə siyasi qüvvədir.

Trend Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Tbilisi meri və "Gürcü Arzusu"nun baş katibi Kaxa Kaladze bildirib.

O, Saburtalo bölgəsində üçüncü seçki məntəqəsində səs verib.

"Bu günkü vəziyyətdə ən vacib olan sülhü qorumaqdır, çünki sülh olmadan heç nə dəyərli deyil. Bu gün uzunmüddətli perspektivdə, ölkəmiz heç vaxt olmadığı qədər sülhə, sülhün qorunmasına ehtiyac duyur, çünki bu, iqtisadi inkişafı, irəliləyiş və dirçəlişi gətirir. Ölkədə sülhü qorumağa qadir yeganə siyasi qüvvə “Gürcü Arzusu” — Demokratik Gürcüstandır", — o qeyd edib.

Qeyd edək ki, Gürcüstanda seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb və 20:00-da bağlanacaq.

Ümumilikdə 3 508 294 vətəndaş, o cümlədən 95 910 nəfər xaricdə səsvermə hüququna malikdir. Bu parlament seçkiləri üçün 3 111 seçki məntəqəsi, o cümlədən xaricdə rekord sayda – 67 məntəqə yaradılıb. Xaricdə yaşayan gürcülər 42 ölkənin 53 şəhərində səs verə bilərlər.

Səsvermə prosesini 64 beynəlxalq və 102 yerli təşkilatın nümayəndələri müşahidə edəcək.

Bu il ilk dəfə parlament üzvləri tamamilə proporsional sistem əsasında, partiya siyahılarına görə seçiləcək. Parlamentdə yer əldə etmək üçün partiyalar ən azı 5 faiz səs toplamalıdır.

Seçkilərdə ümumilikdə 18 partiya iştirak edir, onlardan beşi koalisiya yaradıb.

Parlament seçkilərində ilk dəfə elektron səsvermə sistemi də tətbiq ediləcək. Müasir texnologiyalar sayəsində seçki məntəqələri bağlandıqdan bir saat sonra bülletenlərin 90 faizdən çoxunun sayılması və nəticələrin açıqlanması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti