...

Türkiyədə əməliyyat: 12 qaçaq məhkum yaxalandı

Dünya xəbərləri Materials 26 Oktyabr 2024 10:34 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Osmaniyə və Hatayda aparılan əməliyyatda Fətullahçı Terror Təşkilatına (FETÖ) üzvlük ittihamı ilə barələrində qəti həbs cəzası olan 12 məhkum tutulub və həbsxanaya göndərilib.

Trend bu barədəTürkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, Vilayət Polis İdarəsinin qrupları FETÖ-yə üzvlük ittihamı ilə barələrində qəti həbs cəzası olan qaçaq məhkumlara qarşı əməliyyat aparıblar.

Osmaniyə və Hatayın Dörtyol rayonunda müəyyənləşdirilən ünvanlara keçirilən əməliyyatda 12 qaçaq məhkum tutulub.

Qeyd edilib ki, polis əməliyyatlarından sonra məhkumlar həbsxanaya göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti