...

“Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə”də dəyişiklik edilib - FƏRMAN

Siyasət Materials 25 Oktyabr 2024 15:56 (UTC +04:00)

Bakı. Trend:

“Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə”də dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Sənədə əsasən, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin birinci müavini postu ləğv edilib.

Bundan sonra Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunan üç müavini olacaq.

Xəbər lenti

Xəbər lenti