...

“Azpetrol” şirkəti ağacəkmə aksiyası keçirib

Cəmiyyət Materials 25 Oktyabr 2024 10:41 (UTC +04:00)
“Azpetrol” şirkəti ağacəkmə aksiyası keçirib

Bakı. Trend:

“Azpetrol” şirkəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə oktyabr ayının 24 – də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Bakının Müşfiqabad ərazisində təşkil olunan ağacəkmə aksiyasında “Azpetrol”şirkətinin rəhbərliyi və əməkdaşları iştirak edib.

Müşfiqabad qəsəbəsinin ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun olan 100 ədəd Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdir.

Azpetrol – Daim İnkişafa Doğru!

Xəbər lenti

Xəbər lenti