...

Avropa Liqası: “Qarabağ” "Ayaks"a uduzub

İdman Materials 24 Oktyabr 2024 22:45 (UTC +04:00)
Avropa Liqası: “Qarabağ” "Ayaks"a uduzub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası Avropa Liqasının Liqa mərhələsində III turun matçını keçirib.

Təmsilçimiz “Ayaks”la üz-üzə gəlib. Niderland klubu ilə görüş Tofiiq Bəhramov adına Respublika stadionunda baş tutib. İlk iki oyunda uduzan “Qarabağ” uğursuz seriyanı qıra bilməyib. Oyunun 15-ci dəqiqəsində Julio Romaonun qırmızı vərəqə alması komandanı çətin vəziyyətdə qoyub. Bundan sonra üstünlüyə yiyələnən qonaqlar 3 cavabsız qol vurublar.

Qeyd edək ki, bunadək “Tottenhem”ə 0:3, “Malmö”yə 1:2 hesabı ilə uduzan Ağdam klubu növbəti matçını noyabrın 7-də keçirəcək. “Qarabağ” səfərdə “Bodo Qlimt”lə qarşılaşacaq.

Avropa Liqası
Liqa mərhələsi
III tur
24 oktyabr

20:45. “Qarabağ” – “Ayaks” - 0:3
Qollar:
Kennet Teylor, 36. Vaut Veqorst, 74 (pen.). Çuba Akpom, 77
Qırmızı vərəqə: Julio Romao, 15. Elvin Cəfərquliyev, 79

Məqalədə:
Xəbər lenti

Xəbər lenti