...

Azərbaycanda və Özbəkistanda müvəqqəti işləyənlərin əmək fəaliyyəti ilə bağlı Saziş təsdiqlənib - FƏRMAN

Siyasət Materials 25 Oktyabr 2024 11:09 (UTC +04:00)
Azərbaycanda və Özbəkistanda müvəqqəti işləyənlərin əmək fəaliyyəti ilə bağlı Saziş təsdiqlənib - FƏRMAN
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş” təsdiqlənib.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə tapşırılsın və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti