...

İşlədiyi sexdən 6000 manat dəyərində boya oğurlayan şəxs ələ keçdi

Hadisə Materials 25 Oktyabr 2024 10:02 (UTC +04:00)
İşlədiyi sexdən 6000 manat dəyərində boya oğurlayan şəxs ələ keçdi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi rayonu ərazisində yerləşən boya sexindən oğurluq olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polisə müraciət edən sexin sahibi son bir ay ərzində oradan 6000 manat dəyərində boyanın oğurlandığını bildirib.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, orada işləyən 33 yaşlı T.Əmirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti