...

Borclunun əmlakının elektron hərracda satılması qaydası təsdiqləndi

Cəmiyyət Materials 25 Oktyabr 2024 18:00 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası” təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyinin Kollegiyasının sədri, nazir Fərid Əhmədov Qərar imzalayıb.

Qərara əsasən “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası” “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61 və 62-ci maddələrinin tələblərinə əsasən hazırlanıb və icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakının icra məmuru tərəfindən elektron hərracda satılması ilə bağlı ixtisaslaşdırılmış müəssisələrə sifarişin verilməsi və hərracda satılması ilə bağlı qaydaları tənzimləyir.

Nazirliyin Qanunvericilik baş idarəsinə bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti