...

Yunanıstan Azərbaycan qazının idxalına çəkdiyi xərcləri artırıb

Energetika Materials 25 Oktyabr 2024 10:22 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin iyul ayında Yunanıstanın Azərbaycan qazının idxalına çəkdiyi xərclər ötən ilin eyni dövründəki 55,7 milyon avro ilə müqayisədə 57,4 milyon avroya çatıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Avropa İttifaqının statistika idarəsi – Eurostat məlumat verib.

Beləliklə, Yunanıstanın Azərbaycandan təbii qaz idxalına çəkdiyi xərclər illik hesabda 3 faizdən çox artıb.

2024-cü il yanvar-iyul ayları ərzində isə bu göstərici 362 milyon avro olub ki, bu da 2023-cü ilin eyni dövründə qeydə alınan 579,5 milyon avro ilə müqayisədə 37,5 faiz azdır.

İdxal həcmlərinə gəldikdə, 2024-cü ilin iyul ayında Azərbaycandan Yunanıstana 162,8 milyon kubmetr qaz tədarük edilib ki, bu da 2023-cü ilin eyni ayında idxal olunan 178,2 milyon kubmetr qazla müqayisədə 8,64 faiz azdır.

2024-cü ilin yanvar-iyul aylarında isə Yunanıstan Azərbaycandan 1,12 milyard kubmetr qaz idxal edib ki, bu da 2023-cü ilin eyni dövründəki 1,2 milyard kubmetrlə müqayisədə 8,3 faiz azalma deməkdir.

Qeyd edək ki, Azərbaycan 2020-ci il 31 dekabr tarixindən etibarən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəqlinə başlayıb. Bu dəhliz Xəzər dənizi regionundan Gürcüstan və Türkiyə üzərindən Avropa ölkələrinə qazın daşınmasını təmin edir.

2022-ci ilin iyul ayında Azərbaycan və Avropa İttifaqı Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının illik həcmini indiki 10 milyard kubmetrdən 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırmaq barədə razılığa gəliblər.

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti