...

Türkiyənin 31 vilayətində PKK-ya qarşı əməliyyat: 176 terrorçu saxlanılıb

Dünya xəbərləri Materials 25 Oktyabr 2024 12:30 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin 31 vilayətində PKK/KCK - PYD/YPG-yə qarşı keçirilən “GÜRZ-20” əməliyyatlarında 176 terror təşkilatı üzvü saxlanılıb.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında açıqlamasında bildirib.

Məlumata görə Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bitlis, Bursa, Dənizli, Diyarbəkir, Ərzincan, Ərzurum, Elazığ, Qaziantep, Hakkari, Hatay, Iğdır, İstanbul, İzmir, Qars, Kocaeli, Konya, Malatya, Manisa, Mersin, Nevşehir, Siirt, Şanlıurfa, Şırnak, Tekirdağ, Tunceli və Van şəhərlərində PKK/KCK - PYD/YPG-yə qarşı “Gürz-20” əməliyyatları keçirilib.

A.Yerlikaya əməliyyatlarda 176 terror təşkilatı üzvünün saxlanıldığını və onların terror təşkilatında fəaliyyət göstərdiklərini, təşkilatın gənclik qruplarında yer aldıqlarını, terror təşkilatına maliyyə təmin etdiklərini, sosial şəbəkələrdə təbliğat apardıqlarını və qanunsuz aksiyalara qatıldıqlarını açıqlayıb.

Nazir həmçinin əməliyyatlar zamanı çox sayda qanunsuz tapança, ov tüfəngi, narkotik maddə, təşkilati sənədlər və rəqəmsal materialların ələ keçirildiyini bildirib.

"Xalqımızın əmin-amanlığı, birlik və bərabərliyi üçün son terrorçu zərərsizləşdirilənədək mübarizəmizə qətiyyətlə davam edəcəyik", - Ali Yerlikaya qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti