...

AMB və Beynəlxalq Valyuta Fondu maliyyə dayanıqlılığının artırılması məsələlərini müzakirə edib

İqtisadiyyat Materials 25 Oktyabr 2024 15:59 (UTC +04:00)
AMB və Beynəlxalq Valyuta Fondu maliyyə dayanıqlılığının artırılması məsələlərini müzakirə edib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında maliyyə dayanıqlılığının artırılması istiqamətində fəaliyyətlər müzakirə edilib.

Trend xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Dünya Bankı və BVF-nin İllik Toplantıları çərçivəsində Qafqaz və Mərkəzi Asiya regionu ölkələrinin mərkəzi bank sədrləri və maliyyə nazirlərinin qatıldığı görüşdə iştirak etdik.

BVF-nin icraçı direktorunun müavini Bo Linin təşəbbüsü ilə keçirilən görüşdə region ölkələrində maliyyə inklüzivliyinin genişləndirilməsi və maliyyə dayanıqlılığının artırılması istiqamətində fəaliyyətin əhəmiyyəti müzakirə olundu.

Görüşdə çıxış zamanı BVF-nin və digər maliyyə institutlarının regionda potensialın inkişaf etdirilməsi, məsləhət xidməti, qarşılıqlı əlaqələndirmə vasitəsilə maliyyə inklüzivliyinin artırılması təşəbbüslərinə mümkün dəstək imkanları ilə bağlı fikirlər diqqətə çatdırıldı", - T.Kazımov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti