Bakı. Trend:
Müştəri rahatlığını ön planda tutan Yelo Bank xidmətlərini daha
əlçatan etmək üçün mühüm addım atıb. Artıq bank əməliyyatlarını
qeyri-iş saatları və həftəsonu da rahatlıqla həyata keçirə
bilərsiniz. Yeni dəyişikliklərə əsasən, Bankın Sahil və İnşaatçılar
filialları həftəiçi 22:00-dək , həmçinin həftəsonuları 10:00-dan
14:00-dək xidmət göstərəcək.
Həftəiçi çatdıra bilmədiyiniz debet kart sifarişi, əmanət
yerləşdirmək, kredit müraciəti, hesaba mədaxil/məxaric və digər
gündəlik bank xidmətlərindən həftəsonu və işdən sonra Sahil və ya
İnşaatçılar filialına yaxınlaşaraq faydalana bilərsiniz. Yelo Bank
vaxtınıza dəyər verir və daha parlaq bank təcrübəsi üçün hər zaman
yanınızdadır. Qeyd edək ki, uzadılmış iş saatlarında fiziki şəxslər
üçün nəzərdə tutulmuş bank xidmətləri göstəriləcək. Daha ətraflı
məlumat üçün: https://bit.ly/48kkrPY
Bank xidmətləri (https://www.yelo.az/az/individuals/online-services/loan_request/)
haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!