...

ABŞ-nin Kiyevə uzaqmənzilli silahların verilməməsi ilə bağlı qərar qüvvədə qalır

Dünya xəbərləri Materials 25 Oktyabr 2024 02:07 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Kiyevə ATACMS taktiki ballistik raketləri kimi uzaqmənzilli silahların tədarükü, eləcə də Rusiyanın dərinliklərinə endirilən zərbələrlə bağlı siyasətini dəyişməyib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə bildirib.

"Bizim [Rusiya Federasiyasına] uzaq məsafədən zərbələr endirmək və [Kiyev üçün] ATACMS kimi bir silahdan istifadə etmək imkanımızla bağlı siyasətimiz dəyişməyib", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti