Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
xxx
18:41
Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətimdə tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
xxx
17:47
Bakının Nizami rayonunda - Babək prospektində obyekt yanır.
FHN-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, əraziyə yanğınsöndürmə qüvvələri cəlb olunub.
"Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək", - qurumdan bildirilib.