...

Filippində güclü "Trami" fırtınası 20 nəfərin həyatına son qoydu

Dünya xəbərləri Materials 25 Oktyabr 2024 11:07 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Filippini bürüyən "Trami" fırtınası 20 nəfərin həyatına son qoyub, on minlərlə insan təxliyə olunub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirilir ki, Filippində baş verən "Trami" fırtınası nəticəsində azı 20 nəfər həlak olub. Onların hamısı Luzon adasının cənubundakı Bikol bölgəsinin sakinləridir. Yağan güclü yağışlar burada ciddi daşqınlara səbəb olub. On minlərlə insan evlərindən təxliyə edilib.

Milli Meteorologiya Bürosunun məlumatına görə, fırtınanın episentrində küləyin sürəti 85 km/saat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti