...

Ankarada terror təşkilatlarına qarşı əməliyyat keçirilib

Dünya xəbərləri Materials 25 Oktyabr 2024 10:39 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Ankara şəhərində PKK/KCK-nin təşkilati tədbirlərinə qatılan və təşkilatın təbliğatını aparan 33 şübhəli barəsində həbs qərarı verilib.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, Ankara Cumhuriyyət Baş Prokurorluğunun Terror Cinayətləri Araşdırma Bürosu tərəfindən aparılan PKK/KCK istintaqı çərçivəsində Ankarada bu terror təşkilatın tədbirlərinə qatılaraq, bölücü terror təşkilatının zorakılıq və şiddət dolu metodlarını tərifləyən və bu metodları qanuni göstərən təbliğat apardıqları müəyyən edilən 33 şübhəli barəsində həbs qərarı verilib.

Qeyd edilib ki, şübhəlilərin tutulması və Cumhuriyyət Baş Prokurorluğuna təhvil verilməsi üzrə Polis İdarəsinin Terrorla Mübarizə Şöbə Müdirliyi əməkdaşları tərəfindən əməliyyat başladılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti