Bakı. Trend:
“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinqi və hesabatlılıq modulu formalaşdırılacaq.
Trend xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncamda əksini tapıb.
Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə mövcud rəqəmsal resurslar əsasında “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinqi və hesabatlılıq modulu”nun formalaşdırılmasını 6 (altı) ay müddətində təmin edib və növbəti ildən Milli Strategiyanın monitorinq və qiymətləndirilməsini Modul üzərindən həyata keçirəcək.
Eyni zamanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi:
- Modulda “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi
ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış
Komissiyanın təqdimatı əsasında Milli Strategiyada qeyd olunmuş
tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), iqtisadi rayonlar,
şəhər və rayonlar, habelə obyektlər üzrə icra müddətlərini (illər
üzrə bölgüsü), layihələrlə bağlı (ərazi planlaşdırma, tikintiyə
icazə sənədi, texnikiiqtisadi əsaslandırma, tikinti layihəsi,
şəhərsalma planına uyğunluq rəyi, smeta sənədləri, layihə
konsepsiyası, ekspertiza rəyi, ətraf mühitə təsirlə bağlı dövlət
ekoloji ekspertizasının rəyi, maliyyə vəsaitinin ayrılması,
satınalma və müqavilələrin bağlanması və s.) məlumatları və digər
zəruri göstəriciləri təsnifatlandırmaqla, mövcud vəziyyət barədə
informasiyaları, aidiyyəti foto və videomaterialları, habelə iri
layihələrə münasibətdə birbaşa (onlayn) kamera müşahidəsini təmin
edən sistemdə hesabatlılığa imkan verən müvafiq bölmələrin
yaradılmasını təmin etməli;
- Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının
monitorinqinin nəticəsi barədə məlumatları rübdə bir dəfə, növbəti
ayın 25-dək Komissiyaya təqdim etməli;
- Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının
monitorinqinin nəticəsi barədə məlumatları ildə bir dəfə, hər il
mart ayının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
təqdim etməli;
- Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının
qiymətləndirilməsinin nəticəsi barədə məlumatları 2028-ci il iyun
ayının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
etsin; 1.6. Modulun yaradılması və Milli Strategiyada nəzərdə
tutulmuş tədbirlərin icrasının monitorinqinin və
qiymətləndirilməsinin aparılması xərclərini Mərkəzin növbəti illər
üçün büdcəsində nəzərə almalıdır.