...

Bakıda doqquz yeni COP29 informasiya mərkəzi fəaliyyətə başlayacaq

Yaşıl iqtisadiyyat Materials 25 Oktyabr 2024 14:45 (UTC +04:00)
Bakıda doqquz yeni COP29 informasiya mərkəzi fəaliyyətə başlayacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 ilə bağlı ziyarətçi təcrübəsinin yaxşılaşdırılması, onların rahatlığının təmin olunması üçün 9 yeni turizm informasiya mərkəzinin eyni anda COP29 informasiya mərkəzi kimi fəaliyyətə başlaması gözlənilir.

Trend-in məlumatına görə, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Ziyarətçi təcrübəsi üzrə şöbə müdiri İlkin Cavadov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu layihə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə birgə həyata keçirilir:

"Hazırda Dənizkənarı Bulvar ərazisində yerləşən COP29 informasiya mərkəzindən savayı 9 yeni informasiya mərkəzi fəaliyyətə başlayacaq. Onlardan 7-si şəhər ərazisində, 2-si hava limanında-terminal 1 və terminal 2-də noyabr ayından etibarən fəaliyyətə başlayacaq", - deyə İ. Cavadov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti