...

Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına dair hesabat təqdim olundu (FOTO)

Siyasət Materials 25 Oktyabr 2024 15:09 (UTC +04:00)
Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına dair hesabat təqdim olundu (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulmasına dair hesabat təqdim olunub.

Trend xəbər verir ki, Bakı Təşəbbüs Qrupu tərəfindən hazırlanan hesabatda dənizaşırı ərazilərdə insan hüquqlarının, söz və ifadə azadlığının, seçki hüququnun pozulması, onların öz iradəsini ifadə etməsinə maneələrin mövcudluğu əks olunub.

Sənədin təqdimatı ilə əlaqədar keçirilən mətbuat konfransında BTQ-nin icraçı direktoru Abbas Abbasov bildirib ki, Fransanın müstəmləkə siyasəti yerli mədəniyyətlərə mənfi təsir edir. Bunun fonunda təhsil sistemində fransız dili üstün tutulduğundan yerli dillərin qorunması ilə bağlı təhlükələr mövcuddur.

Konfransda vurğulanıb ki, Fransanın dənizaşırı ərazilərdə həyata keçirdiyi nüvə sınaqları və pestisid istifadəsi həmin bölgələrin ekoloji çirklənməsinə, yerli əhalinin sağlamlığına ziyan dəyməsinə səbəb olur.

Mətbuat konfransında çıxış edən Fransa müstəmləkələri Qvadelupa, Martinika və Mayot bölgələrinin nümayəndələri çıxış edərək, öz dövlətlərində mövcud olan problemlərə toxunublar.

Onlar bildiriblər ki, Fransanın müstəmləkə siyasəti, iqtisadiyyat, mədəniyyət, ekologiyaya nəzarət və müdaxilə addımları sosial-ekoloji problemlərin dərinləşməsinə, meşələrin qırılmasına, su qıtlığı kimi fəsadlara, təhsil, səhiyyə, mədəniyyət, infrastruktur kimi sahələrdə ciddi problemlərə səbəb olur.

Xəbər lenti

Xəbər lenti