...

İsrail rodusunun Baş Qərargah rəisi şimaldakı əməliyyatın tez başa çatacağına ümid edir

Dünya xəbərləri Materials 24 Oktyabr 2024 21:27 (UTC +04:00)

Bakı. Trend:

İsrail ordusunun "Hizbullah"a qarşı uğurlu hərəkətləri İsrailin şimal sərhədləri yaxınlığında hərbi əməliyyatların tezliklə dayandırılmasına ümidləri artırır.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun Baş Qərargahı rəisi Herzi Halevi deyib.

"Şimalda qəti finala çatmaq üçün fürsət var. Biz "Hizbullah"ın yüksək komandanlığını hərtərəfli məğlub etdik", - deyə o bildirib.

O, HƏMAS rəhbəri Yəhya Sinvarın öldürülməsini də xatırladıb və qeyd edib ki, belə bir şəkildə planlaşdırılmasa da, onun ölümü təsadüfi olmayıb. "Bu, təsadüfi deyil, sistemli işdir", - deyə H.Halevi bildirib.

Xəbər lenti

Xəbər lenti