Bakı. Trend:
Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FİG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü seçilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu, FİG-in 85-ci hesabat-seçki konqresində gerçəkləşib.
Tədbir Qətərin paytaxtı Dohada keçirilib. Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru əvvəllər də üzvü olduğu komitəyə yenidən seçilib.