...

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Cəmiyyət Materials 25 Oktyabr 2024 08:58 (UTC +04:00)
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakı. Trend

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
7. Zərifə Əliyeva küçəsində;
8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
9. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahodə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti