...

Azərbaycanda yaxın günlərdə yeni unifikasiya olunmuş ESG standartı qəbul ediləcək

Yaşıl iqtisadiyyat Materials 25 Oktyabr 2024 20:05 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda yaxın günlərdə yeni unifikasiya olunmuş ESG [Ekoloji, Sosial və korporativ idarəetmə] standartının qəbul edilməsi gözlənilir.

Trend xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov “Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası” mövzusunda keçirilən tədbirdə bildirib.

“Azərbaycanda yaxın günlərdə yeni unifikasiya olunmuş ESG standartı qəbul ediləcək. Onun qəbul edilməsi bu ayın sonuna və yaxud gələn ayın əvvəlinə nəzərdə tutulur”, – o qeyd edib.

Xatırladaq ki, yaxın vaxtlarda Bakıda “ESG üzrə vahid rəqəmsal platforma” konsepsiyasının təqdimatı keçirilib.

ESG rəqəmsal platforması idarəetmə və nəzarət aləti olmaqla yanaşı, davamlı inkişaf prinsiplərini müəssisələrin gündəlik fəaliyyətinə inteqrasiya etmək üçün güclü bir resursdur. Bu platforma şirkətlərə ən yaxşı təcrübələr barədə aktual məlumat və ekoloji, sosial məsuliyyət və korporativ idarəetmə sahəsində nailiyyətlərini qiymətləndirməyə imkan verən analitik alətlər təqdim edir.

Əsas məqam real vaxt rejimində monitorinq və hesabatlılıq imkanıdır ki, bu da şirkətlərə strategiyalarını tez bir zamanda düzəltməyə və maraqlı tərəflərin tələbləri və gözləntilərindəki dəyişikliklərə çevik reaksiya verməyə imkan verir. Bu, eyni zamanda, şirkətlərin fəaliyyətində şəffaflığı artırır və bizneslə cəmiyyət arasında etimad qurur.

Xəbər lenti

Xəbər lenti